01-05-2016 [17:25]
Ukrayna LKGİ MK-nın və Krım Vilayət Partiya Komitəsinin sabiq birinci katibi, 1989-1991-ci illərdə Sov.İKP MK katibi olmuş, hazırda Moskvada yaşayan Andrey Girenko maraqlı açıqlamalar verib.
Mia.az xəbər verir ki, o, haqqin.az və virtualaz.org saytlarının Moskva bürosuna 1990-cı ilin yanvarında Bakıya səfəri, Ermənistan-Azərbaycan, Rusiya-Ukrayna münaqişələri barədə danışıb və keçmiş əqidə yoldaşı və rəhbəri Mixail Qorbaçovu yubileyi münasibəti ilə nə üçün təbrik etmədiyinə aydınlıq gətirib.
-Yəqin bilirsiniz, Sizin adınız Yevgeni Primakov, eləcə də SSRİ DTK sədrinin müavini, general Filip Bobkov ilə birlikdə 1990-cı ilin qanlı 20 Yanvar hadisələri ilə assosasiya olunur. Məhz sizin həmin "üçlük” Qorbaçovdan tələb etmişdi ki, Bakıya qoşun yeritsin. Bir halda ki, yanvarın 19-da vəziyyət nisbətən də olsa sakit idi, həmin hərbi əməliyyata nə ehtiyac vardı?
- Mən sizin, Bakıya qoşunun yeridilməsini məhz bizim tələb etməyinizlə bağlı dediklərinizlə razılaşa bilmərəm. Bəli, 1990-cı ilin yanvarında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov Mərkəzi Komitənin milli məsələlər üzrə katibi kimi məni vəziəyyətin hədsiz gərgin olduğu Bakı şəhərinə ezam etdi.
Yevqeni Primakovun rəhbərliyi altında Sov.KP MK-nın nümayəndə heyəti 14 yanvarda Bakıya gəldik. Gördük ki, mərkəzi meydanda, Lenin meydanında fasiləsiz mitinqlər keçirilir. Biz Azərbaycan Kommunist Partiyası rəhbərliyinin vəziyyətin öhdəsindən gələ bilməyəcəyini də gördük. Mən şəxsən mitinq edənlərlərlə görüşdüm ki, onların meydanda nə səbəblə toplandığını və nədən narazı olduqlarını anlayım.
Adi vətəndaşlarla görüş və Xalq Cəbhəsinin rəhbərliyi ilə söhbət əsasında məlum oldu ki, onların hər biri yalnız Vəzirovun getməsini istəyir, onların fikrincə, o, Dağlıq Qarabağ məsələsinin yoluna qoyulması üçün heç bir səy göstərmir. Lakin mənim səlahiyyətlərimə respublikanın partiya rəhbərliyinin dəyişməsi daxil deyildi. Həmçinin, Bakıya qoşun yeridilməsi mənim səlahiyyətimdə deyildi. Bəli, biz hər gün Moskvaya Azəbaycanda baş verənlər haqqında məlumat ötürürdük. Ancaq qərarı nə mən, nə də Primakov deyil, ölkə rəhbərliyi verirdi.
- İttifaqın mərkəzində Qarabağı Ermənistana verməyə can atan qüvvələr var idimi?
- Hətta elə qüvvələr mövcud olsaydı, onlar həlledici mövqedə olmayacaqdı. SSRİ-nin ali hakimiyyəti ölkələrarası sərhədlərin zorla dəyişdirilməsinin hansı nəticələrə gətirib çıxaracağını çox gözəl anlayırdı. Bir respublikanın razılığı olmadan onun ərazisinin bir hissəsinin digərinə verilməsi nə dərəcədə doğru olardı? Qarabağı Ermənistana necə vermək olardı axı? O zaman hər şey başqa cür idi, ittifaq respublikaların rəyi olmadan Moskva heç bir şey edə bilməzdi.
Mənə iki qardaş millətin savaşmasını görmək çox ağır gəlirdi: Azərbaycan və Ermənistan. Lakin təəssüflər olsun ki, münaqişədən 26-27 il ötsə də, o, nizamlanmayıb. Çox istərdik ki, sizin millətlər vəziyyəti normallaşdırmaq üçün özlərinə uyğun yollar tapsın.
- Ötən dövrlərdən bugünə gələk. Siz Ukraynadan gələnlərdənsiniz, Sovet illərində yüksək komsomol, partiya və dövlət vəzifələrində çalışmısınız. Rusiya və Ukrayna arasındakı konflikti necə qiymətləndirirsiniz?
- Burada düşünüləsi heç nə yoxdur. Hesab edirəm ki, Rusiya bu konlifktdə təqsirkar deyil. Bütün bunlara baxmaq ürəkağrıdıcıdır. Lakin mən ümid edirəm ki, tezliklə hər şey yoluna düşəcək və millətlər əvvəllər olduğu kimi dostluq münasibətində olacaq.
- Bəs Krım haqqında nə deyə bilərsiniz? Siz iki il Ukrayna Kommunist Partiyasının Krım bölgəsi üzrə birinci katibi kimi çalışmısınız. Rusiya Krımı Ukraynaya geri qaytaracaqmı?
- Nə üçün? Krım hər zaman Rusiya torpağı olub və olacaq.
- Ukraynalının belə bir fikri səsləndirməsi çox qəribədir...
- Krım Rusiya torpağıdır. Tarixi oxuyun, o zaman özünüz anlayacaqsınız...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İcra başçısına xəbərdarlıq edilib?
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb - Açıqlama
Kəmaləddin Heydərov musayevləri üz-üzə gətirdi, müğənni açıq sual verdi: "Onun qızı necə işə götürülüb?" - VİDEO
Salyan sakini dəm qazından ölüb
Ukrayna, Rusiya və ABŞ nümayəndələri BƏƏ-də bir arada - İkigünlük müzakirələr yekunlaşıb (Yeniləniib)
"Mədət müəllim çox xarizmatik kişidir, mən isə hələ də subayam" - ANS-in keçmiş əməkdaşı elə paylaşma etdi ki...
"Qarabağ" "Kəpəz"ə məğlub olub
Sumqayıtda bu binalar söküləcək - SİYAHI
“Bir il içində özünə ev də, maşın da aldın, səni Türkiyəyə, Dubaya..." - Müğənilər arasında "atışma düşdü"
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
Neftçalada bir ailə qəzaya düşdü - Biri öldü, 3-ü xəsarət aldı
BAKIDA ŞOK OLAY: 5 milyonluq şantaj və alınan 840 min dollar... - Evinə gizli kamera quraşdırılan yüksək vəzifəli şəxs kimdir?
"The Washington Post": "İranın gələcəyi və Azərbaycan faktoru"
FƏZAİL AĞAMALI OĞLUNA İNAD QIZINI PARTİYA SƏDRİ ETDİ - Gizli qurultay və qanunsuz qərarlar etirazı böyütdü
XƏTAİDƏ NÖVBƏTİ YAŞILLIQ ƏRAZİ YOX EDİLİB: üç il əvvəl tikintiyə icazə verilməyən ərazi kimlərə satılacaq? - FOTOLAR
ABŞ bölgəyə qayıtmır, oyunu yenidən qurur - TƏHLİL
Sabahın hava proqnozu açıqlandı
"Yeni komitə sədri ilahiyyat təhsili olan şəxs olacaq, bu arada Şeyx də yavaş-yavaş unudulur" - Ekspert maraqlı proqnoz verdi
"Bu, artıq bir vicdan məsələsidir" - Elçin Ağamalı yenidən "üsyan bayrağı"nı qaldırdı
Bakıda saxta qaz işçisi tutulub
Məktəblilər nə vaxt tətilə buraxılacaq? - Açıqlama
İran-Azərbaycan sərhədində PUA zərərsizləşdirilib - FOTO
Azərbaycan nefti bahalaşdı - 1.7 dollar
ABŞ-nin vitse-prezidenti Azərbaycana gəlir - Tramp İlham Əliyevə təşəkkür etdi və mühim mesajlar verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs