" Ermənilər o qədər qorxaq dığalardır ki..." - Partiya sədrindən şok açıqlama

img

30-04-2016 [16:28]


"Qondarma” Qarabağ separatçılarının lideri Bako Saakyan müharibənin qaçınılmaz olduğunu bildirib. O, birmənalı şəkildə heç kimin tanımadığı terrorçu qurumun müstəqilliyinin tanınmasını tələb edib. Bəs görəsən qondarma terrorçu qurumun başçısı bu cəsarəti Ermənistandan, yoxsa Rusiyadan alır?

Bako Saakyanın bu tələbi Rusiyadan cəsarət alaraq irəli sürdüyünü bildirən Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin fikrincə, Ermənistan qeyri-şərtsiz Azərbaycan torpaqlarını geri qaytarmalıdır: "Bako Saakyanların, Sarkisyanların yeganə dayaqları Rusiyadır. Ruslar bizə deyir sizinləyik, ermənilərə də deyir sizinləyik. Ona görə də Dağlıq Qarabağda olan erməni dığalarının himayəçiləri ancaq ruslardır. Rusiya Ermənistanı axıra qədər müdafiə edir. Dağlıq Qarabağı işğal edəndə elə Rusiyadır. Düzdür, ermənilər bizim torpaqlarımızdan çıxmalıdır, amma əsas məsələni Rusiya ilə həll etməliyik. Çünki işğalçı ordu Rusiya ordusudur. Biizm rəhbərlikdə də sağlamlıq yoxdur. Bako Saakyan kimilər kimdir ki, gəlib öz torpaqlarımızda bizə meydan oxuyur?!

Azərbaycanın ərazi bütövlüyü beynəlxalq aləmdə tanınır və qeyri-şərtsiz azad edilməsi tələb olunur. Lakin buna əməl olunmur. Çünki onların arxasında bir qrup dövlətlər dayanıb.

Hər halda Azərbaycan ordusunun güclü olması Bako Saakyanları qorxudur. Biz heç kimin torpağına göz tikməmişik. İş orasındadır ki, bizim öz içimizdə də ermənilərlə əlbir olan insanlar var. Onlar da öz torpaqlarımızı almağa imkan vermirlər. Öncəliklə, bizim içimizdə xəyanət edənlər olmamalıdır. Daha sonra Dağlıq Qarabağı azad etmək çox asan olacaq.

Biz Ermənistanda böyümüş insanlarıq. Ermənilər o qədər qorxaq dığalardır ki, onların ömürboyu yurd-yuvaları olmayıb. Onlar İrəvanda yaşamağa da qorxurlar. Ermənilərə Rusiya bir tərəfdən himayədarlıq edirsə, digər tərəfdən də Azərbaycandakı "5-ci kolon” dayaq olur. Görürsünüzmü, bugün hansısa məmur övladı gedib müharibədə iştirak etmir. Necə olur ki, Azərbaycanın pulu, sərvəti onlar üçün şirindir, amma heç bir qohumları müharibədə iştirak etmirlər. Əsas məsələ içimizdə ermənilərlə işbirliyində olan məmurlardır. Ona görə də fikrimcə, Azərbaycan xalqı ciddi şəkildə təşkilatlanmalıdır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA