BAMF sədri BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi ilə görüşüb - FOTO

img

28-04-2016 [20:38]


Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının 7-ci Forumu çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi  Nasir Əbdüləziz Əl-Nasirlə görüşüb.

Mia.az xəbər verir ki, görüşdə BAMF sədri ali nümayəndəyə Azərbaycanda vətəndaş cəmiyyəti sektorunun hazırki vəziyyəti və bu sahədə atılan addımlar barədə geniş məlumat verib.

Umud Mirzəyev, həmçinin BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT bölməsinin ən yüksək statuslu (General Status) üzvü kimi rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və gələcək layihələri barədə ali qonağı məlumatlandırıb.

BAMF sədri bildirib ki, təşkilat  ənənəsinə sadiq qalaraq son illər BMT-nin iclaslarında aktiv iştirak edir . Son olaraq  BMT-nin İqtisadi və Sosial Şurasının Dövlət İdarəçiliyi Komitəsinin Ekspertlərinin 14-cü sessiyasında BAMF-ın iştirakını əlamətdar saymaq olar. BAMF BMT qurumları, xüsusilə UNDPI, UNICEF, UNESCO,UNHCR-la sıx əməkdaşlıq edir.

Bakıdakı yeni ofisində BAMF, BMT-nin çağırışlarına uyğun müxtəlif mövzulu tədbirlər keçirir. BAMF sədri ali qonağın diqqətinə çatdırdı ki, bu gün BAMF vətəndaş cəmiyyəti və medianın inkişafı prosesində yaxından iştirak edir, müharibənin əziyyət çəkmiş regionlarda sosial və iqtisadi proqramlar həyata keçirir. BAMF –ın fəaliyyəti  eyni zamanda Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafının səviyyəsini göstərən uğurlu  nəticələrdən biridir .

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi  Nasir Əbdüləziz Əl-Nasir isə bildirib ki, Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin BMT və onun agentlikləri arasında əməkdaşlığına çox müsbət yanaşır və bu istiqamətdə zəruri dəstəyi göstərməyə hazırdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA