"...şəhərlər yerlə-yeksan edilib" - Mehriban Əliyeva

img

27-04-2016 [15:06]


"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun". 

Bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində keçirilən tədbirdə deyib.

Mehriban Əliyeva bildirib ki, Azərbaycan tarixi torpaq olmaqla yanaşı, BMT-nin ən gənc üzvüdür: "Ölkəmiz 1992-ci ildə BMT-nin tamhüquqlu üzvü oldu. 25 ildə Azərbaycan xeyli inkişaf edib, dünyaya inteqrasiya edib. Elm, təhsil sahəsində islahatlar aparılıb. Qeyd etmək lazımdır ki, xalqımız böyük çətinliklərlə üzləşməsinə baxmayaraq, inkişaf edib. Azərbaycan BMT-yə üzv olarkən 5 il idi ki, Ermənistan-Azərbaycan münaqişəsi davam edirdi. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bizə xeyli ziyan dəyib, mədəniyyət abidələri dağıdılıb, şəhərlər yerlə-yeksan edilib. BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qətnamə qəbul edib”.
Azərbaycanın birinci xanımı qeyd edib ki, Azərbaycanda çadır düşərgələri ləğv edilib, orada yaşayan məcburi köçkünlər mənzillərlə təmin edilib: "Amma nə qədər yaxşı şərait yaradılsa da, həmin insanlar öz doğma yurdlarına qayıtmaq istəyirlər, yaşlı insanlar öz torpaqlarını görməyə can atırlar. Qarabağ, Suriya, Əfqanıstan məcburi köçkünləri xeyli əziyyət çəkirlər. Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun”.
O, Heydər Əliyev Fondunun gördüyü işlərlə bağlı məlumat verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA