Qarabağ döyüşçüsü telekanallarla müraciət etdi

img

27-04-2016 [14:30]


"Dəyərli dostlar , bir həftə bundan qabaq bir qrup Qarabağ qazi və veteranı MTRŞ- nin sədri Nuşiravan Məhərrəmliyə və Azərbaycan telekanallarına bir müraciət ünvanlamışdıq". Bu müraciəti keçmiş döyüşçü Vaqif Əlisoy yayıb. Müraciətdə deyilir: 

"Həmin müraciət ölkənin əksər sayt ,xəbər agentlikli və qəzetləri vasitəsi xalqımıza çatdirılmışdı. Bu müraciət böyük dəstək qazanmış və müdafiə edilmişdir. Müraciətdə ölkədə fəaliyyət göstərən bütün telekanalların antimilli mövqeyi qətiyyətlə pislənilmişdir. Müraciətdə bildirmişdik ki, qaldırılan məsələlər öz müsbət həllini tapmasa, biz Azərbaycanda fəaliyyət göstərən Qarabağla bağlı bütün təşkilatlara, vaxtı ilə bir səngərdə döyüşdüyümüz qazı və veteran qardaşlarımıza müraciət edib etiraz aksiyalarının keçirilməsi haqda müzakirələrə başlayacağıq. Çox təəssüf ki, bu günə qədər heç bir telekanal bizim müraciətə münasibət bildirməyib və sərhədyanı bölgələrimizə mərmi yağışının davam etdiyi , demək olar ki, hər gün şəhid verdiyimiz vaxt yenə öz ampulalarındadır. Mən bu gün MTRŞ- nın yayım şöbəsinin müdiri Toğrul müəllimlə danışdım. Çox sağ olsun ki, o da bizim müraciətimizin Şura tərəfindən dəstəkləndiyini etiraf etməklə yanaşı telekanal rəbbərlərinin onları eşitmədiyini səmimi olaraq bildırdı. Dedi ki, hər gün bu məsələ onların diqqətinə çatdırılır, ancaq onlar öz bildiklərini edirlər.
Hamıya aydın olsa da, bu gün tam əminliklə demək olar ki, bu kanallar ən yüksək səviyyədə ölkəmizə düşmən kəsilmiş qüvvələr tərəfindən idarə olunur. Rus- erməni balalarımızı cismən məhv edir , bu şərəf və ləyaqət hissini itirmişlər mənən, ruhən. Hər ikisi düşmən deyilmı? Bu gün Qarabağ qazı və veteranları Qarabağ və Azərbaycan üçün əlindən gələni edir. Əli silah tutan qardaşlarımız döyüşməyə , yaşlı qaz və veteranlarımız isə gücü çatan işdən yapışmağa hər an bazırdır. Ancaq cöx təəssüf ki, ad , orden , medal , prezident təqaüdü üçün növbəyə duran ziyalılar qorxularında səsini çıxarmır. Yadınızdadırmı Qarabağ qazilərinin etirazının necə dağıdıldığı? Bax onda da belə seyrçi mövqe tutdular. Bütün bu deyilənləri nəzərə alıb Azərbaycan telekanallarının xalqa zidd mövqeyi və digər məsələləri müzakirə etmək , qəti addımlar atmaq üçün Qarabağ Qazilər birliyinin sədri Etimad Əsədova, Rey Kərimöğluya , AVMVB- nin sədri və müavini Füzüli Rzaquliyevə , Kamil Şirinova, Qarabağ Veteranları birliyinin sədri Firidun Məmmədova , QMƏV və ŞAİB- nin sədri Mehdi Mehdiyevə müraciət edirəm. Əziz qardaşlarım, gəlin tarix və millət qarşısında məsuliyyətimizi dərk edək. Millətimizin əxlaq və mənəviyyatını korlayan , onun mübarizə və döyüş ruhunu öldürən telekanallara və onların arxasında duran qüvvələrə qarşı birgə mübarizənin yollarını müəyyənləşdirmək üçün fikir mübadiləsi aparaq və vahid mövqeydən çıxış edək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA