"Hazırda atışma gedirsə, razılıq pozulursa..." - Ermənistanın müdafiə naziri

img

27-04-2016 [14:25]


"Hazırda atışma gedirsə, atəşkəs barədə əldə edilmiş son razılıq pozulursa, danışıqlar prosesi üçün hansısa şəraitin yaradılması mümkün deyil".
Mia.az apa-ya istinadən verdiyi məlumata görə, bunu "Ermənistan hansı səbəbdən danışıqlar prosesindən imtina edir” sualına cavabında Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib.
S. Ohanyan bildirib ki, Ermənistan "qarşılıqlı inamın yaradılması üçün danışıqlar prosesinin davam etdirilməsinin tərəfdarıdır".
Ermənistan müdafiə naziri Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya və digər həmsədr ölkələrinin rolunun vacib olduğunu da qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA