ATV-nin əməkdaşının ermənilər tərəfindən vurulması pislənildi - Sarayevoda bəyanat qəbul edildi

img

27-04-2016 [00:48]


ATV-nin Qarabağ bürosunun əməkdaşı Vicay Vəliyevin cəbhə bölgəsində vəzifə borcunu yerinə yeitirəkən, erməni ordusu tərəfindən yaralanması Avropa Jurnalistlər Federasiyasının Sarayevoda keçirilən qurultayda müzakirəyə çıxarılıb.

Mia.az xəbər verir ki, bu barədə xəbəri Mətbuat Şurası İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli verib:

"ATV-nin Qarabağ bürosunun əməkdaşı Vicay Vəliyevin cəbhə bölgəsində yaralanması barədə xəbəri Avropa Jurnalistlər Federasiyasının Sarayevoda keçirilən qurultayının müzakirəsinə təqdim etdim. Məruzəmdə Qarabağ müharibəsinin gedişində həyatını itirmiş jurnalistlərimiz barədə də geniş bilgi verdim. Uzun müzakirələrdən sonra Azərbaycan jurnalistinin cəbhə bölgəsində yaralanmasını pisləyən bəyanat qəbul etməsinə nail olduq. Sənəd AFJ qurultayının yekun sənədləri yayılarkən elan ediləcək”. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR