Rövşən Qəmbər xalqa müraciət etdi

img

26-04-2016 [11:23]


Dünya Azərbaycanlıları Məclisinin sədri, Dünya Parlamentinin Almaniyada və Azərbaycanda 2020-ci ilədək yaranmasının təşəbbüsçüsü Rövşən Qəmbər Dünya Azərbaycanlılarına müraciət edib.

Müraciəti təqdim edirik: 
Çox hörmətli, ədalətli və ağıllı 50 milyonluq Xalqımızın Təmsilçiləri!!! Çox hörmətli, ədalətli və ağıllı Media Mənsubları!!! Cənnətə bənzər Planetimizin sərvətlərinin qorunması mümkündür, əgər Almaniyada və Azərbaycanda böyük problemlərin legitim ədalətli və əbədi həllində uğurlu nəticələrə nail olmaq üçün global beynəlxalq təşkilatın qurulması yolunda ədalətli və istedadlı insanlarla işbirliyinin intensivləşməsinə çalışıb nail ola bilsək!!! 
 Ən dəyərli Təkliflərin millətimiz tərəfindən tapılmasına çox inanıram, necə ki, 1918-də Xalqımız Demokratik Dövlətimizi qurdu və qadınlara səs vermə hüququnu qazandırdı, 1992-də ədalətli TEST Üsulu ilə istedadlı gənc vətəndaşlarımızın ali təhsil almalarının yolları açıldı, 2012-də Asan Xidmət ilə Azərbaycan Dövləti beynəlxalq aləmə nümunə göstərdi, indi isə təkliflərimizlə 2016-cı ildə Qarabağ probleminin ədalətli və əbədi həllində uğurlu mərhələ kimi Dünya Parlamentinin Almaniyada və Azərbaycanda qurulmasını sürətləndirmək lazımdır!! Arzu edirəm ki, Azərbaycanın böyük problemlərinin və əsasən də Qarabağ probleminin ədalətli və əbədi həllinə çalışan vətəndaşlarımızın işbirliyini intensivləşdirib GUTABM-in yardımıyla Azərbaycanda, Almaniyada, Avropa Birliyi Ölkələrinin Qonşuluğunda və Dünya Parlamenti və ya BATT (Böyük Avropa Təhlükəsizlik Təşkilatı) yaransın!!! Çünki ATƏT-in Minsk Qrupunun vasitəsilə Qarabağ probleminin ədalətli həllinə son 24 ildə nail olmadıq... Bəs, Azərbaycan neyçün legitim ərazi bütövlüyünü qorunmasına çalışmasın, BMT-nin 4 Qətnaməsinə əsaslanan ədalətli haqlarından istifadə etməsin?? ATƏT üzvlərinin çox səmərəli müzakirələrini təşkil etməliyik ki, Azərbaycanımızın, ləyaqətli və ədalətli vətəndaşlarımızın təşəbbüsləri əsasında 2016-cı ildə Almaniyanın sədri olduğu ATƏT-in bütün resurslarından rasional, optimal, maksimal və adil prinsiplərdən faydalanaraq qarşıdakı 8 Ay ərzində Almaniyanın Sədrliyi dövründə Qarabağ probleminin Nobel mükafatına layiq nümunəvi, ədalətli və əbədi həllinə nail ola bilək!!! Ədalətli ləyaqətli İnsanlara böyük uğurlar arzulayıram!!! 

 (Almaniyada 2005-ci ildən qeydiyyatlı) Dünya Azərbaycanlıları Məclisinin sədri, Dünya Parlamentinin Almaniyada və Azərbaycanda 2020-ci ilədək yaranmasının təşəbbüsçüsü, Ambassador for Peace of Universal Peace Federation e.V. in New-york UNO Rövşən YUNİSOĞLU Qəmbər 26.04.2016, Almaniya

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA