"Kimsə cəbhə bölgəsində sakitlik gözləməsin" - Elxan Şahinoğlu

img

26-04-2016 [10:58]


"Cəbhə bölgəsində vəziyyətin yenidən gərginləşməsinin iki səbəbi var". 

Mia.az xəbər verir ki, bunu siyasi məsələr üzrə ekspert Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, birinci səbəbi odur ki, 2-6 aprel döyüşlərindən sonra beynəlxalq aləm danışıqları intensivləşdirməyib, rusiyalı rəsmilər isə şablon ifadə və səfərlərdən uzağa getməyiblər:

"Belə olan halda kimsə cəbhə bölgəsində sakitlik gözləməsin. 

İkinci səbəb isə odur ki, Ermənistan prezidenti Serj Sərkisyan itirdiyi yüksəklikləri geri qaytarmaq haqqında düşünür, çünki o, hələ cəmiyyətinə "Ermənistan həmin yüksəklikləri niyə itirdi” sualına cavab verməyib, ona görə də bu sual aktuallaşmamış nəsə cəbhədə uğur qazanmaq haqqında alışıb-yanır. Əslində hər iki səbəb bizim xeyrimizə işləyir. İşğalçının təxribatlarına yeni ərazilərin azad olunması ilə cavab vermək imkanı qazanırıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA