Ermənilər ATV-nin operatorunu vurdular - VİDEO, FOTO

img

26-04-2016 [10:44]


Ötən gecə erməni hərbi birləşmələri cəbhə xəttindənövbəti dəfətəxribatlar yaradaraq atəşkəs rejimini pozub.

Mia.az "Report"a istinadən xəbər verir ki, atışma zamanı ərazidə reportaj hazırlayan Azad Azərbaycan Televiziyasının (ATV) Qarabağ bürosunun operatoru Vicay Vəliyev qəlpə yarası alıb.

Belə ki, cəbhənin Tərtər rayonu Qarağacı kəndi istiqamətində erməni hərbi birləşmələrinin atdığı mərmi partlayıb və qəlpələrdən biri onun ayağına dəyib.

Yaralı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanadan "Report"a bildirilib ki, yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicəyə göndərilib.

Videonu buradan izləyin: http://daytube.az/az/videos/25484/

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA