Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə Qarabağı müzakirə edib

img

25-04-2016 [23:05]


"ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışıqları aparıb. Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə olunub”.

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib. "Danışıqlar zamanı onlar Dağlıq Qarabağ münaqişəsində tərəflərin (Azərbaycan və Ermənistanın) atəşkəsə ciddi riayət etmələrinin və hərtərəfli nizamlanma üzrə danışıqların başlanmasının vacibliyini müzakirə ediblər”, - deyə Kirbi brifinq zamanı bildirib.

Con Kerri həmçinin Azərbaycan və Ermənistan prezidentləri ilə ikitərəfli münasibətlərlə bağlı məsələləri müzakirə edib.
APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA