25-04-2016 [17:14]
"Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə "istənilən an” başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi çox azdır".
Bu sözləri Ermənistan prezidenti Serj Sərkisyan "Bloomberg” agentliyinə ötən bazar günü, aprelin 24-də İrəvanda, öz iqamətgahında verdiyi müsahibədə deyib.
Ermənistan prezidenti müsahibədə ilk dəfə açıq şəkildə bildirib ki,danışıqlardan imtina edir və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır.
"Rusiyanın vasitəçiliyi altında əldə edilən atəşkəs daha geniş miqyasda müharibənin əngəllənməsi üçün kifayət deyil”-Sərkisyan bildirib.
Ermənistan prezidenti aprelin əvvəllərində gedən döyüş əməliyyatlarından danışarkən deyib ki, Azərbaycan döyüşlərə "bir neçə yüz tank və 30 minə yaxın artilleriya qurğusu” cəlb etmişdi:
"Təhlükəsizlik qarantiyası olmadan Ermənistanın sülh danışıqlarına qayıtması ağlasığmazdır. Çünki indi situasiya tamamilə başqadır.
Bir tərəfdən biz haradasa danışıq aparacağıq, o biri tərəfdən hərbçilər burada münaqişəni həll etməyə çalışacaqlar?”.
"Bloomberg” qeyd edir ki, 4 günlük müharibədən sonra daha genişmiqyaslı müharibənin əngəllənməsi üçün intensiv beynəlxalq diplomatiya yürüdülüb. Ötən həftə sonu Sərkisyan İrəvanda Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb.
Aprelin 6-da isə Lavrov Bakıda prezident İlham Əliyevlə danışıqlar aparmışdı və Rusiyanın münaqişənin nizamlanmasına dair təkliflərinin olduğunu bildirmişdi. Lakin Sərkisyan deyib ki, "Lavrov heç bir yeni təklif gətirməmişdi. Çünki o, yaxşı başa düşür ki, 4 günlük müharibədən dərhal sonra danışıqlardan bəhs etməyin mənası yoxdur”.
Ermənistan prezidenti 4 günlük müharibə haqda danışaraq deyib ki, döyüş əməliyyatları 200 kilometrlik təmas xətti boyu gedirdi: "Azərbaycan Dağlıq Qarabağın özünə daxil olub sonra ultimatum irəli sürmək istəyirdi”.
Müsahibədə Sərkisyan ilk dəfə etiraf edib ki, ermənilər bu döyüşlərdə ərazi itiriblər. Onun sözlərinə görə, Azərbaycan qoşunları "təmas xəttinin şimalında və cənubunda” kiçik ərazini nəzarət altına alıb.
"Ancaq bu ərazilər strateji əhəmiyyət kəsb etmədiyindən əlavə itkilər hesabına onları geri qaytarmağa cəhd etmirik”-Serj Sərkisyan bildirib.
Sərkisyan deyib ki, hərbi əməliyyatlar Moskvada baş qərargah rəisləri arasında əldə edilmiş razılaşma ilə dayandırılsa da münaqişə zonasına rus sülhməramlılarının yeridilməsindən söhbət gedə bilməz:
"Hərçənd əvvəllər danışıqlar zamanı Rusiya qoşunlarının münaqişə zonasında yerləşdirilməsinin müzakirə olunduğu haqda xəbərlər əsassız deyil, ancaq mən indi belə imkan görmürəm”.
"Əgər heç bir danışıqlar yoxdursa, Rusiya qüvvələri Qarabağda necə peyda ola bilər?”-Sərkisyan sual edib.
Onun fikrincə, Rusiya "irimiqyaslı müharibəni əngəlləmək üçün” Azərbaycanla Ermənistan arasında balanslaşdırma həyata keçirir.
Ermənistan başçısı danışıqların başlaması üçün şərtlər irəli sürərək deyib ki, həmsədr ölkələr təmas xəttində insidentlərin araşdırılması mexanizmini qəbul etdirməli və "bir daha bu cür hadisələrin baş verməyəcəyinə dair” təminat verməlidir.
Sərkisyan habelə deyib ki, o, 2011-ci ildə Kazan şəhərində Azərbaycan prezidenti ilə aparılan danışıqlarda erməni qoşunlarını 5 rayondan çıxarmağa və regiona sülhməramlıların yeridilməsinə razılıq verməyə hazır idi: "Ancaq Azərbaycan tərəfi yeni şərtlər irəli sürdü...".
Virtualaz.org
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR