25-04-2016 [12:03]
Qarabağ Azadlıq Təşkilatının (QAT) rəhbəri Akif Nağı ilə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə arasında yaşanan qalmaqal müzakirə mövzusudur.
Qeyd edək ki, tərəflər himnlə bağlı yaranan mübahisəyə görə bir-birlərini döyəcəkləri ilə hədələyib.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev modern.az saytına açıqlamasında bildirib ki, Araz Əlizadə ilə Akif Nağının siyasətçiyə yaraşmayan tərzdə verdikləri açıqlamalar qınanmalıdır.
"Mən istərdim ki, bu cür polemikalara son qoyulsun. Biz indi elə bir vəziyyətdəyik ki, ermənilərə qarşı döyüşmək lazımdır. İstərdim ki, Akif Nağı rəhbəri olduğu təşkilatın sədri kimi o yumruqları ermənilərə vursun”.
Partiya sədri Araz Əlizadəni də ittiham edib: "Araz Əlizadə kimi mənşəyi azərbaycanlı olmayan bir insanla belə polemikalara girməyə ehtiyac yoxdur. Arazdır da, qələt edib, bir söz deyib. Akif Nağı gərək ona bənd olmayaydı. Bu cür hərəkətlər siyasətlə məşğul olan insanlara yaraşmaz. Sadəcə olaraq istərdim ki, fikir bildirən insanlar elə danışsınlar ki, xalqımız və gəncliyimiz ondan faydalansın. Hər ikisini barışığa dəvət edirəm”.
Hafiz Hacıyev onu da bildirib ki, özü heç zaman opponentinə güc tətbiq etməyib.
"Mən qol gücü ilə tanınan siyasətçilərdən deyiləm. Mən ideoloji baxımdan bütün siyasətçilərin əksəriyyətinin cavabını vermişəm. Onları siyasi arenadan vurub çıxarmışam. Vurub çıxartmaq o demək deyil ki, təpikləyib, şillələyib, ağzının-burnunun qanını bir-birinə qatasan. Mən ideoloji mənada onları "qanlarına qəltan etmişəm”- deyə o, bildirib.
"Deyirsiniz ki, qol gücündən istifadə etmirsiniz, amma Cəmil Həsənliyə canlı efirdə stəkan tulladınız. Bu zorbalıq deyilmi” sualına isə Hafiz Hacıyevin cavabı belə olub:
"O bir məqam idi, oldu. Cəmil Həsənli payını almalı idi. Mən o zaman Əkrəm Əylislinin qulağını kəsmək üçün tapşırıq da vermişdim. Amma mənə nə qədər təzyiqlər oldu. Qoymadılar ki, Əkrəm Əylislinin qulağını kəsim. Hafiz Hacıyev uzaqgörən siyasətçilərdəndir”.
Partiya rəhbəri onu da əlavə edib ki, şəxsən özünü heç bir siyasətçi, şəxs döyməyib: "Hafiz Hacıyevi döyən hələ anasından olmayıb. Mənə qol gücü tətbiq edən bir insan özünün qəbrini qazmış olar. Hafiz Hacıyev zəif adam deyil. Qol gücüm də var, beyin gücüm də”.
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz