“Cahangir Hacıyev tutulanda oğlumu da çağırıb dindirdilər, buraxdılar” - Eks-deputat

img

25-04-2016 [11:23]


Eks-deputat Fərhad Qəribov külli miqdarda borcunun olması və bu səbəbdən həbs ediləcəyi, eyni zamanda oğlunun tutulduğu haqda iddialara aydınlıq gətirib.

F.Qəribov Modern.az saytına açıqlamasında Bəzi KİV-lərdə yazılanların doğru olmadığını deyib: "Rəhbəri olduğum "Debütbank” illər əvvəl ləğv edilib. Orada problem də olmayıb. Bu barədə heç ümumiyyətlə söhbət getməyib. Qərar verilib, bank ləğv edilib, bununla da iş bitib. Ləğv edilən, hazırda mövcud olmayan bankda nöqsan aşkarlanması, buna görə cinayət işi açılması yalandan, uydurmadan başqa bir şey deyil”.

Oğlunun həbsdə olmasına gəlincə, Fərhad Qəribov deyib ki, bu artıq "ağ yalan”dır:

"Xeyr mənim oğlum həbsdə deyil. Oğlum 20 milyonluq obyekt tikib, cəmi 1 milyon kredit götürmüşdü. Kreditini də aybaay ödəyir. Cahangir Hacıyev saxlanılan vaxt oğlumu da çağırmışdılar, dindirildi, izahatı alındı, buraxıldı”.

Eks-deputat yalnız qanunlara arxalandığını bildirib:

"İşim yox, gücüm yox, təqaüdçü adamam. Nə istəyirlər, qoy yazsınlar. Dövlət var, hüquq var, qanun var. Elə kim ağlına nə gəldi, nə istəyir yazmaqla deyil bu işlər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA