Erməni deputatlar özlərini AŞPA-da rüsvay etdilər- FOTO

img

24-04-2016 [23:04]


Erməni deputatların Avropa Şurasında guya Azərbaycanın erməni mülki əhalisinə qarşı silahdan istifadə etdiyini "təsdiqləyən” broşürda dərc etdikləri foto Azərbaycan seriyalı avtomobilin idi və əslində Ermənistanın sərhəd bölgəsində yaşayan azərbaycanlıları gülləyə tutduğunu təsdiqləyirdi.
Mia.az xar.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzTV-yə müsahibəsində deyib.
S.Seyidov bildirib ki, Azərbaycan nümayəndə heyətinin bu barədə Avropa parlamentarilərini məlumatlandırmasından sonra erməni deputatlar özləri payladıqları broşürları yığmağa başladılar:
"Onlar bu broşürü yaymaqla özləri-özlərini rüsvay etmiş oldular və əslində ermənilərin cəbhə xəttindəki əməllərini ifşa etdilər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA