"BILIK DEMOKRATİYASI - HƏR GÜN İMTAHAN, HƏR İL SEÇKİ”
tezislərini TƏHLİL və TƏNQİD üçün Sizin nəzərinizə çatdırıram. Bu tezislərin təkmilləşməsi üçün hələ çox iş görülməlidir.
Bu verilişdə vaxt qıtlığından bütün sualları əhatə edə bilmədim. Ona görə onları yazılı şəkildə Sizə təqdim edirəm.
Xahiş edirəm, tənqidi fikirlərinizi bildirəsiniz. Ümid edirəm ki, məni tənqid edərkən etika çərçivəsindən kənara çıxmayacaqsınız.
"BILIK DEMOKRATİYASI - HƏR GÜN İMTAHAN, HƏR İL SEÇKİ” tezislərinin tətbiq olunması cəmiyyətin "zehni qaymaqları”nın ən tez zamanda müəyyənləşdirilib, üzə çıxmasına və xalqa fayda verməsinə şərait yaradar.
Bu konsepsiyanın mahiyyəti ondan ibarətdir ki,
Qanun təkcə davranış qaydası yox, ilk növbədə insanların və cəmiyyətin MÜƏLLİMİ, TƏRBİYƏÇİSİ olmalıdır;
müəllim ölkədə ƏN FƏXRİ, HÖRMƏTLİ peşəyə çevrilməli, müəllimlər YÜKSƏK ƏMƏKHAQI almalı, o öz şagirdlərinindən və tələbələrindən imtahan götürmək imkanından məhrum edilməlidir;
cəmiyyətdə BİLİYƏ PƏRƏSTİŞ yaradılmalı, testlə uğurlu imtahan verən şagird və tələbələr BİLİKHAQQI almalıdırlar;
ölkə 3 nəslin 3 səviyyədə məclislər sisteminə geçməli, uşaq və gənclər məclisləri yaradılmalıdır;
uşaq məclislələrinin və gənclər məclislərinin 18-23 "deputatları” yalnız humanitar fənnlərdən bilik testilə, qalan bütün seçkili və təyinatlı vəzifələrə isə namizədlər siaysi elmlərdən və öz ixtisasından test imtahanı ilə müəyənləşməli və seçciilər tərəfnidən seçilməlidirlər;
bütün seçkili və təyinatlı vəzifələrə namizədlərin, məmurların və mütəxəsislərin, hətta mollaların belə ixtisas biliyi test imtahanı yolu ilə vaxtaşırı yoxlanılmalıdır;
tək illərdə yerli, cüt illərdə prezident və parlament seçkiləri olmaqla hər il seçki və rəy sorğuları keçirilməlidir.
1. Bu konsepsiaynın tam həyata keçirilməsi üçün 10-15, bəlkə də 20-25 il vaxt tələb olunur. Bunun üçün:
2. Vahid Dövlət Araşdırma Mərkəzi yaradılmalı, bütün inkişaf etmiş ölkələrin seçki, elm, təhsil və mədəniyyət sahəsində fəaliyyəti izlənilməli, araşdırlmalı və ən yaxşı nailiyyətlər azərbaycan şəraitinə uyğunlaşdırılaraq qanunlara daxil edilməlidir.
3. Konstitusiya dəyişdirilməli, Azərbaycan "sosial dövlət" elan edilməlı, Səhiyyə, Sığorta, Təhsil haqqında, Siyasi partiyalar haqqında qanunlar, Seçki Məcəlləsi yenidən işlənməlidirlər.
4. Dövlət vətəndaşların təhsil-tərbiyə, səhiyyə və siyasi fəaliyyətinin xərclərini öz üzərinə götürməlidir.
5. Bütün seçkili və təyinatlı vəzifələrə namizədlərin, mütəxəsislərin (hətta mollaların) ixtisas biliyi test vasitəsilə vaxtaşırı yoxlanılmalıdır.
6. Həkimlərin ixtisas hazırlığı, təkmilləşdirilməsi, ən yüksək dünya standartlarına uyğunlaşdırılmalı,
7. səhiyyə və sığorta haqqında qanunvericilik təkmilləşdirilməli, dövlət vətəndaşların tibbi sığortasını öz üzərinə götürməli, dünyanın ən yaxşı həkimləri Azərbaycanda işləməyə cəlb edilməili və onlarla rəqabətdə Azərbaycan həkimlərinin ixtisas səviyyəsi artırılmalıdır.
8. "Analıq məzuniyyəti” yüksək maddi təminatlı olmalı və hamiləliyin ən geci 3-cü ayında verilməli, anaların uşağa baxdığı dövr əmək stajı sayılmalıdır.
9. "Qəhrəman ana” statusu bərpa olunmalı, çoxuşaqlı analar xüsusi dövlət qayğısı ilə əhatə olunmalı,
10. uşaqlarının sayı 3-dən 7-dək və daha çox olan çoxuşaqlı analar uşaqların sayından asılı olaraq 33-50 yaşında pensiyaya getməlidirlər.
11. Təhsil "pulsuz-pullu” olmalı, dövlət nəzarəti və proqramı ilə pullu təhsilə imkan verilməli, "Hər gün imtahan, hər il seçki" siyasəti yeridilməldir.
12. Müəllimlik cəmiyyətdə ƏN FƏXRİ PEŞƏYƏ ÇEVRİLMƏLİ, ən yaxşı mütəxəsisləri orta, ali və orta-ixtisas məktəblərə cəlb etmək lazımdır.
13. Müəllimlərə, həkimlərə və mədəniyyət xadimlərinə "xüsiusi xarakterli” dövlət məmuru statusu verilməli və onlar hər cür sosial qayğı ilə əhatə olunmalıdır.
14. Müəllimlər öz dərs verdikləri şagird və tələbələrdən imtahan götürmək imkanından məhrum edilməlidirlər.
15. Müəllimlərın əməkhaqqı 3 meyardan - onların öz bilik səviyyəsindən, müəllimlik stajından və ən əsası dərs verdikləri şagird və tələbələrin test imtahanı ilə müəyyənləşən bilik göstəricisindən asılı olmalıdır.
16. Keçmiş TQDK-indiki Dövlət İmtahan Mərkəzi və MSK birləşdirilməli, Mərkəzi Imtahan və Seçki Komissiyasına çevrilməli və
17. proporsional seçki sistemi bərpa olunmalı və seçicilərin ən azı 1%-nin səsini almış partiyalar həmin komissiyalarda təmsil olunmalı və ölkədə keçirilən bütün imtahanları, sınaqları, atestasiyaları MİSK və onların yerli təşkilatları keçirməlidirlər.
18. Müəllimlər məcburi qaydada hər il (və ya ən uzağı hər 2 ildən bir) ixtisas imtahanı verməlidirlər, 100 % bilik göstəricisinə nail olmayanlar isə 100% bilik nümayiş etdirənədək hər rüb öz ixtisasından test imtahanı verməlidirlər.
19. Bütün müəllimlərə, sinif rəhbərlərinə, orta, ali və orta-ixtsas məktəblərinin rəhbərlərinə verilən mükafat isə yalnız şagird və tələbələrin bilik səviyyəsindən asılı olmalıdır.
20. Məktəblərdə, ən azı təmayüllü-ixtisas məktəblərində "kafedra sisteminin” tətbiq olunmasını gündəmə gətirilməlidir.
21. Uşaq bağçaları orta məktəblərin tərkibinə veriliməli, bağça müdirləri məktəblərin direktor müavini vəzifəsini yerinə yetirməlidir.
22. "2+2+4+4+2+2" formatında məcburi 16 illik təmayüllü və ixtisaslı təhsil sisteminə keçilməlidir.
23. 2 yaşına çatmış bütün uşaqların bağçalarda tərbiyə edilməsi üçün yeni bağçalar tikilməli və bağça təhsilindən kənar 1 uşaq belə qalmamalıdır.
24. Məktəblərin əsas məqsədi milli tariximizi, mədəniyyətimizi yetərincə bilən, milli kökə bağlı və geniş təfəkkürlü, dünya tarixini, mədəniyyətini, ədəbiyyatını yetərincə bilən SPARTAN TƏBİƏTLİ, GÖZÜTOX, , CƏNGAVƏR, vətənpərvər İNSAN-VƏTƏNDAŞ, QAYĞIKEŞ ÖVLAD, VALİDEYN və ABIRLİ-İFFƏTLİ ANA yetişdirmək olmalıdır.
25. 2 - 4 yaşlı uşaqlara bağça təhsili,
26. 4 -6 yaşlı yaşlı uşaqlara 1-ci sinfə hazırlıq təhsili,
27. 1-4-cü siniflərdə ibtidai təhsil,
28. 5-8-ci siniflərdə natamam orta təhsil,
29. 9-10-cu siniflərdə təmayüllü orta təhsil,
30. 11-12-ci siniflərdə ixtisaslaşdırılmış orta təhsil verilməlidir;
31. 9-10- cu siniflərdə şagirdlər tarix-humanitar, fizika-riyaziyyat, kimya-biologiya, ədəbiyyat və incəsənət, texniki-biznes təmayüllü siniflərdə,
32. 11-12 siniflərdə isə həmin sahələrdə ixtisaslaşmış təhsil almalıdırlar.
33. Cəmiyyətdə "biliyə pərəstiş" yaradılmalı, təhsil "bilik yarışı" prinsipi üzərində qurulmalı, orta və ali məktəblərdə şagird və tələbələr öz bilik göstəricilərinə görə , maaş-"bilikhaqqı" almalıdırlar.
34. Şagird və tələbələr hər gün, hər həftə, hər ay, hər rüb, hər il test üsulu ilə imtahan verməlidirlər.
35. Hər gün – sinif və fənn müəllimlərinin, sinif və kurs rəhbərlərinin öz fəaliyyətinin nəticəsinə nəzarət etmək üçün,
36. hər həftə - məktəb direktorlarının və rektorların öz fəaliyyətinə nəzarət etməsi üçün,
37. hər ay, hər rüb və hər il vergi ödəyicisi olan valideynləri, vətəndaşların, dövlətin təhsil sisteminə nəzarət etməsi üçün imtahan verməlidirlər.
38. Bölgələrdə əvvəlcə hər 1 milyon nəfər əhaliyə 1 məktəb, sonra isə ən azı hər 100 min nəfərə və hər bir rayonda 1 təmayüllü, ixtisaslaşmış məktəblər-"təhsil şəhərcikləri” açmaq zəruridir.
39. 1-ci sinfdən başlayaraq 10-cu sinfi bitirənədək ölkə üzrə ən yaxşı şagirdlər ən yaxşı məktəblərə götürülməldirlər.
40. Təmayüllü, ixtisaslaşmış məktəblərə-"təhsil şəhərciklərinə”daxil olmuş 1 istedadlı uşağa görə onun bacı-qardaşlarına həmin məktəbdə oxumasına valideynlərinə isə həmin "təhsil şəhərciklərində” iş yeri yaratmaq lazımdır.
41. 6-10 yaşlı uşaqlara rus və ingilis dilləri elə yüksək səviyyədə öyrədilməlidir ki, dünyanın ən yaxşı Azərbaycan, rus və ingilis dilli fizika, riyaziyyat, kimya və bilogiya müəllimləri arasında testlə müəyyənləşmiş ən yaxşı müəllimləri Azərbaycan məktəblərinə cəlb edilməlidir.
42. Dünyanın əsas inkişiaf etmiş ölkələrinədə yüksək zehni qabiliyyətli diaspora qurmaq üçün 5-ci sinifdən başlayaraq ən azı "təhsil şəhərciklərində” imkan çərçivəsində yapon, çin, alman, ərəb, fransız, italyan, ispan, portuqal dillərindən biri əlavə olaraq tədris olunmalıdır.
43. 8-ci sinifdən başlayaraq məktəblərdə Anadolu türkcəsi tədris olunmalıdır.
44. Tarix-humanitar təmayüllü siniflərdə qədim (şumer, çin, yunan, latın və sair) dillərdən biri öyrənilməlidir;
45. Orta məktəblərdə tarixin, məntiqin, dəqiq və təbii fənnlərin, psixologiyanın, fəlsəfənin, dinlər tarixinin, ailə mədəniyyətinin tədrisinə xüsusi diqqət yetirlməlidir.
46. Sinif və kurslar 3 qrupa - güclülər, ortabablar və zəiflər qrupuna bölünməli, hər rübdən sonra qrupdan-qrupa keçidlər baş verməlidir.
47. Şagirdlər və tələbələr arasında bilik üzrə sinifdaxili, kursdaxili, siniflər, məktəblər, kəndlər, qəsəbələr, rayonlar və şəhərlər arasında ölkə üzrə bilik çempionatı keçirilməlidir;
48. kənd, qəsəbə, rayon, şəhərlər və ölkə üzrə ilin ən yaxşı şagirdi, müəllimi, sinfi, orta məktəbi və texniki-peşə məktəbi , kəndi, məhəlləsi, qəsəbəsi, rayonu, şəhəri, ali (və orta-ixisas məktəbləri-kollecləri) tələbəsi və müəllimləri elan olunmalı və mükafatlandırımalıdır.
49. Rayon, şəhər icra hakimiyyətinin və onların yerlərindəki nümayəndələrinin işinə onların iqtisadi, təhsil və insan hüqularına əməl edilməsi sahəsində nailiyyətlərinə görə qiymət verilməlidir.