23-04-2016 [14:22]
"1994-cü ildən sonra atəşin dayandırılması haqqında müqavilənin ən ciddi pozuntusu aprelin əvvəlində qeydə alındı. Amma yeni dağıdıcı müharibə başlanmadı. Bununla belə, yeni dağıdıcı müharibə tamamilə realdır və bütün region alışa bilər”.
Bunu ABŞ-ın "The National İnterest” nəşrində aprelin 2-dən 5-nə kimi Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən qarşıdurmanı şərh edən amerikalı jurnalist və analitik Karl Rader yazıb.
Bakı, Tiflis və ABŞ-da beynəlxalq münasibətlərdən dərs deyən, 2004-cü ildən postsovet məkanındakı münaqişələri işıqlandıran analitik regionda "nə sülh, nə də müharibə” vəziyyətinin yarandığını qeyd edib.
"Bu baxımdan yeni müharibənin qarşısını almaq üsulunun tapılması son dərəcə əhəmiyyətlidir. Yeni müharibəyə Rusiya, Türkiyə və İran asanlıqla cəlb edilə bilər. Qara dənizdən Xəzər dənizinə qədər xaos və dəhşət qövsü yaranacaq, müharibə Sovet İttifaqının dağılmasından sonra Avrasiyada ən böyük münaqişəyə çevriləcək. Bu yalnız insanların həlak olmasına gətirib çıxarmayacaq. Avropa Azərbaycan neftindən məhrum olacaq. Halbuki, onun çatdırılması siyasi planda da əhəmiyyətlidir. Bundan başqa, Avropaya Azərbaycan qazının çatdırılması təhlükə altında olacaq”, - Karl Rader bildirib.
Analitik qeyd edir ki, münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupu aşağıdakı alətlərdən istifadə etməlidir:
- 2007-ci ildə ATƏT-in Minsk qrupu tərəfindən irəli sürülmüş "Madrid prinsipləri”nin reallaşdırılması uyğunlaşdırılmalıdır. Bura Dağlıq Qarabağın ətrafındakı işğal edilmiş yeddi rayondan erməni güclərinin çıxarılması, həmçinin Dağlıq Qarabağın statusu haqqında referendumun hansısa bir vaxtda keçirilməsi aiddir.
- Təmas xəttində silahsızlaşdırılmış zonanın ölçülərinin əhəmiyyətli dərəcədə genişləndirilməsi. Bu proses çərçivəsində hər iki tərəf artilleriya, tanklar və aviasiya vasitələri də daxil olmaqla ağır silahlarını geri çəkməlidir.
- ATƏT-in müşahidəçilərinin sayı ən azı 100 nəfər olmalıdır. Müşahidəçilər silahsızlaşdırılmış zona üzrə hərəkət etməli, qoşunların hərəkətlərini izləməli və atəşkəs rejiminin pozulması hadisələrini araşdırmalıdır.
- Atəşi pozan tərəflər üçün sərt cəzalar, o cümlədən iqtisadi və başqa sanksiyalar tətbiq edilməlidir.
Amerikalı analitikin sonuncu təklifi isə hiddət doğurmaya bilməz. Onun fikrincə, separatçı Dağlıq Qarabağ rejiminin gələcəkdə sülh danışıqlarına qoşulması haqqında məsələ müzakirə edilə bilər. Amma müəllif xatırladır ki, Ermənistan da daxil olmaqla "Dağlıq Qarabağ Respublikası”nı heç kəs tanımayıb: "O kiçik monoetnik qarnizon dövlətinə çevrilib və olduqca arzuolunmaz vəziyyətdədir. Çünki məhv olmaq təhlükəsi qarşısındadır”.
Karl Rader bildirir ki, danışıqlarda əsas əngəl daşı Dağlıq Qarabağın statusu ilə bağlı referendumdur: "Qarabağ Azərbaycan tərkibinə qayıdacaq, müstəqil olacaq və yaxud hansısa başqa bir varianta üstünlük veriləcək? Bu məsələ illərdir ki, prosesdə əngəl daşı olaraq qalır. Referendumda kim iştirak edəcək: bütün Azərbaycan və ya yalnız Qarabağ sakinləri? Azərbaycanlılar birinci variantda təkid edirlər, amma 2006-cı ildə Minsk qrupu bildirib ki, referendum yalnız Qarabağda keçirilməlidir”.
Regionda yerləşdirilməsi gündəmdə olan sülhməramlılara gəlincə, analitik qeyd edir ki, onlar ATƏT və ya BMT-ın mandatına malik olmalı və region xaricində olan ölkələrin hərbçiləri daxil edilməlidir. "Beləliklə, sülhməramlıların tərkibinə İran, Rusiya və Türkiyənin nümayəndələri olmayacaq. Həmçinin, Birləşmiş Ştatlar da yaxşı niyyət jesti kimi və ittihamlardan uzaq durmaq üçün sülhməramlıların tərkibində iştirak etməməlidir”
Müəllif real görünən yeni bir müharibəyə Rusiyanın mümkün müdaxiləsini qiymətləndirir. Onun sözlərinə görə, Rusiya həm Bakı, həm də İrəvanla kifayət qədər yaxşı münasibətlərə malikdir və hər iki tərəfə silah çatdırır. Analitik qeyd edir ki, Moskva və İrəvan arasında çoxdan qüvvədə olan müdafiə paktının şərtləri kifayət qədər yayğındır və buna görə də bəzi analitiklər Rusiyanın Ermənistanın yardımına gələcəyinə şübhə edirlər.
"Əgər Azərbaycan genişmiqyaslı hücuma başlayaraq Qarabağı qaytararsa, Rusiyanın Ermənistanın yardımına gələcəyinə şübhələr var. Amma Moskva və İrəvan arasındakı müdafiə paktındakı yayğınlıq Rusiyaya öz şərtlərini diktə etməyə imkan verir”, - amerikalı analitik yekunlaşdırıb.
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz