Ermənistana etiraz edən azərbaycanlılar Gürcüstana buraxılmayıb - Açıqlama

img

22-04-2016 [22:58]


Ermənistana etiraz edən azərbaycanlılar Gürcüstana buraxılmayıb.

Bu barədə Beynəlxalq Diaspor Mərkəzinin sədr müavini Samir Adıgözəlli məlumat verib. 

O, deyib ki, nümayəndə heyətinin tərkibində olan BDM sədri İsmayıl Ağayev, BDM-in Gürcüstan nümayəndəliyinin rəhbəri Namiq İsayev heç bir səbəb göstərilmədən Gürcüstan sərhədçiləri tərəfindən saxlanılıb: "Heç bir səbəb göstərilmədən İsmayıl Ağayev və Namiq İsayev "Qırmızı körpü” sərhəd keçid məntəqəsindən geri qaytarıldı. Məni isə Qardabanidə 2 saat saxlandıqdan sonra "Sadıqlı” keçid məntəqəsindən Azərbaycana göndərdilər.

Keçiriləcək aksiya ilə bağlı Tiflis meriyasının müsbət cavab verməsinə baxmayaraq, BDM nümayəndə heyətinin saxlanması və bu ölkəyə buraxılmaması təəssüf hissi doğurur. Buna baxmayaraq BDM-in Gürcüstan nümayəndəliyi planlaşdırılmış aksiyanı həyata keçirəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA