22-04-2016 [17:03]
Başlanan hərbi əməliyyatların məhz Kəlbəcərin işğal gününə təsadüf etməsi də insanlarda torpaqları azad etmək istəyi, döyüşə atılmaq həvəsinin baş qaldırmasına səbəb oldu.
Bəs görəsən yenidən başlanacaq hərbi əməliyyatların məhz digər işğal altında olan rayonlarımzın işğal gününə təsadüf etməsi necə olardı ?
Milli Qəhrəman Məhəmməd Həsənov Modern.az saytına açıqlamasında deyib ki, gələcəkdə başlanacaq hərbi əməliyyatlar Şuşanın, Laçının və başqa işğalda olan rayonlarımızın işğal tarixinə təsadüf etməsi böyük uğur olardı:
"Aprelin əvvəlində başlanan hərbi əməliyyatlar Kəlbəcərin işğal günlərinə təsadüf etməsi məni çox sevindirdi. Mən arzu edirəm ki, yenidən daha geniş miqyaslı hərbi əməliyyatlar Laçının, Şuşanın və başqa rayonların işğal günlərində baş tutsun. Biz işğal edilmiş rayonlarımızın tarixləri günü qələbələrimizi qeyd edək.
Mən döyüşlərdə Talış kəndinin iki dəfə alınmasında iştirak etmişəm. O zaman ermənilərin ordusunun başlarını əzib onları yerlə yeksan etmişik”.
Məhəmməd Həsənov köhnə döyüşçü kimi ordumuza hər zaman bələdçilik etməyə hazır olduğunu söyləyib:
"Şəxsən bu gün məni də hərbi əməliyyatlara cəlb etsələr bütün yerləri beş barmağım kimi tanıyıram.
Bu gün də gedib oralarda ordumuzu kömək, bələdçilik etməyə, vuruşmağa tam hazıram.
Gərək ki, başlanmış hərbi əməliyyatlar belə tez bitməzdi. Erməniləri yenidən susdurmaq lazımdır. Onlar çox qudurublar. Ermənilərin ağızlarını əymək , başlarını əzmək lazımdır”.
Keçmiş döyüşçü düşünür ki, bu gün xalqımızda yüksək döyüş əhval ruhiyyəsi var:
"Bu gün xalqımızda da döyüş əhval ruhiyyəsi çox yüksək səviyyədədir. Talışda gedən əməliyyatlarda ora baş çəkdim. Əsgərlərin əhval ruhiyyələri yüksək səviyyədədir. Təsəvvür edin ki, 1992-ci ildə gördüyüm əhval ruhiyyə indi də var. Ancaq əməliyyatlar çox tez dayandı. Ali baş komandanımız nə zaman lazım bilib əmr versə biz də hazırıq.
Ermənilər qudurğan , azğın millətdir.
Onların yiyələri yoxdur. Yeri, yudu yoxdur, olmayan xalqdır. Aprelin 24 də Ermənistan cəbhədə yenidən təxribatlara əl ata bilər. Ola bilsin ki, bəlkə də elə bu yaxınlarda yenidən hərbi əməliyyatlar başlansın”-deyə Məhəmməd Həsənov bildirib.
Milli Qəhrəman Maşallah Abdullayev də döyüşçü yoldaşı Məhəmməd Həsənov kimi düşünür.
Maşallah Abdullayev deyib ki, başqa işğal altında ola rayonlarımızın işğal günlərində yenidən irəli atılmalıyıq:
"Aprelin əvvəli Kəlbəcərin işğalı günləri ordumuz hərbi əməliyyatlarda uğurlar əldə etdi. Amma kaş ki, bu əməliyyatlar belə tez dayandırılmazdı. Arzu edirəm ki, Laçınının, Şuşanın, Cəbrayılın işğal günlərində əməliyyatları başlayıb düşmənin başını əzək, torpaqlarımızı tam azad edək.
Ermənilər gündən-günə daha da çox atmağa başlayırlar. Tapqaraqoyunlu kəndi bizə çox yaxındır. Hər gün müşahidələr aparıram. Talış istiqamətində "Ağ Uçuq” deyilən yerdə meşədən snayperləri, iri çaplı pulemyotlar işləyir. Onlar yenə də silahı yerə qoymayıblar, təxribatlarla məşğuldurlar”.
Maşallah Abdullayev hesab edir ki, belə getsə tez bir zamanda yenidən hərbi əməliyyatlar başlanacaq:
"Mən elə bilirəm ki, tez bir zamanda torpaqlarımız geri qaytarılmasa biz yenidən hərbi əməliyyatlara başlayacağıq. Düzdür, itkilərimiz olacaq, amma geri almalıyıq. Biz bunu neçə illərdir gözləyirik. Mən belə baxıram ki, biz yenidən bir daha hərbi əməliyyatlara başlamalıyıq. Çünki torpaqlarımız bizi gözləyir. Belə bir söhbətlər də gəzməkdədir.
Erməni bizlə bacarası deyil. Bu qədər hərbi döyüş texnikamız, silah-sursatımızla ermənini məhv edərik.
Ali baş komandanımızın əmrini gözləyirik. Ermənilər qaçırlar, onlar bizdən qorxurlar. Atəşkəs əldə olunmasına baxmayaraq ermənilər hər gün atəşkəsi pozurlar. Belə getsə bəlkə də hərbi əməliyyatlar çox tez bir zamanda başlaya bilər.
Aprelin 24-də ermənilər yenidən təxribata əl atmaları ehtimal olunur. Bu atəşkəs 22 ildir ki, var.
Amma onsuz da onlar bizim torpaqlardan birdəfəlik çıxmalıdırlar. Erməni dığası dədə-baba torpaqlarımızda at oynadır. Hər gün yüksəkliklərdən bizim tərəfləri gülləbaran edirlər. Xalq, camaat da ayıqdır. İnsanlar artıq düşünür ki, aprelin 24-ü nəsə olacaq”.
Milli Qəhrəman Vahid Quliyevin fikrincə, aprelin torpaqları işğaldan azad etmək üçün hansısa xüsusi günə ehtiyac yoxdur:
"Bizdə hər işğal günü əgər hərbi əməliyyatlar başlasaydı müharibə çoxdan olmuşdu. Biz bu gün çalışırıq ki, sülh və diplomatiya yolu ilə torpaqlarımız işğaldan azad edilsin. Son hadisələr erməni tərəfinin təxribatlarının qarşısını almaq üçün atılan addımlar idi.
Bu o demək deyil ki, biz hər ay işğal günləri qarşı tərəfə hücum edəcəyik.
Təbii ki, torpaqlarımı sülh yolu ilə azad olunmasa hər hansı işğal günündən asılı olmayaraq prezidentimizin əmri ilə istənilən saat döyüşə atılmağa hazırıq. İstər ordumuz və mülki əhalimiz bu işi çoxdan gözləyir və buna daima hazırıq”.
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz