Rusiya XİN Qarabağla bağlı bəyanat verdi: "Atəşkəs müddətsizdir!"

img

22-04-2016 [10:15]


"Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin dayandırılmasına dair 1994-cü və 1995-ci illərdə əldə olunan razılaşmalar müddətsiz xarakter daşıyır və münaqişə zonasında atəşkəsin əsasını təşkil edir".

Bu barədə Rusiya XİN-in yaydığı məlumatda bildirilir.

"Dağlıq Qarabağ ətrafında vəziyyətin inkişafı kontekstində Rusiya tərəfinin qəti mövqeyi ondan ibarətdir ki, atəşin dayandırılmasına dair 1994-cü il tarixli Razılaşma və bu razılaşmanın möhkəmləndirilməsi üçün qəbul olunmuş Dağlıq Qarabağ münaqişəsində atəşkəsin möhkəmləndirilməsinə dair 1995-ci il tarixli Razılaşma müddətsiz xarakter daşıyır və münaqişə zonasında atəşkəsin əsasını təşkil edir”, -  XİN-in məlumatında qeyd edilib.

Məlumatda qeyd olunur ki,  ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ümumi yanaşmasına tamamilə uyğun olan bu prinsipial mövqe Rusiyanın ATƏT-dəki daimi nümayəndəliyinin aprelin 12-də Azərbaycanın qurumdakı daimi nümayəndəliyinə təqdim etdiyi notasında öz əksini tapıb(Oxu.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA