"Sərksiyan burnunun ucundan o tərəfə heç nəyi görə bilmir" - PA-nın şöbə müdiri

img

21-04-2016 [16:44]


"Görün, Sərksiyan nə dərəcədə üzlü olub ki, Azərbaycanı beynəlxalq hüququn fundamental prinsiplərini pozmaqda günahlandırır".

Bunu Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Tvitter hesabında yazıb:

"Görün, Sərksiyan nə dərəcədə üzlü olub ki, Azərbaycanı beynəlxalq hüququn fundamental prinsiplərini pozmaqda günahlandırır. BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunu keçirməməyə çağırır. Amma Ermənistan rəhbərliyi karvanla bağlı bir atalar sözünü yaxşı bilə-bilə bu addımı atır. Hərbi təcavüz nəticəsində qonşu dövlətin ərazisini 25 ildən artıqdır ki, işğal altında saxlamağı beynəlxalq hüquqa aid etmir. Baxmayaraq ki, dünyada BMT-nin Təhlükəsizlik Şurasından tutmuş elə bir qurum, təşkilat yoxdur ki, bu işğalı beynəlxalq hüququn pozulması hesab etməsin. Amma hakimiyyət girovuna çevrilmiş Ermənistan rəhbərliyi, əslində, burnunun ucundan o tərəfə heç nəyi görə bilmir. Bu dərəcədə üzlü olmağa səbəb isə arxalarında bəzi ölkələrdə bəzi dairələrin dayanmasıdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA