KİV haqqında qanuna dəyişiklik edildi - FƏRMAN

img

21-04-2016 [15:35]


Prezident İlham Əliyev"Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” fərman imzalayıb.
Mia.az-ın məlumatına görə, fəmranda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 93-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

"Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 277 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 92; 2003, № 10, maddə 585; 2004, № 1, maddə 24; 2008, № 5, maddə 359; 2009, № 8, maddə 627; 2014, № 5, maddə 477) 2-ci hissəsinin yeddinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda səkkizinci abzas əlavə olunsun:

"həmin Qanunun 19-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq dövlət orqanının səlahiyyətlərini Milli Televiziya və Radio Şurası həyata keçirir.”".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA