İradə İbrahimova iş adamının məclisinə 20 min dollara gəlib? - Açıqlama

img

20-04-2016 [14:59]


Hazırda Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimovanın Bakıda keçirilən xınayaxdı mərasimində iştirak etmək üçün 20 min dollar alması barədə mətbuatda xəbərlər yayılıb. 

Azxəbər.az saytının yaydığı məlumata görə, sənətçi tanınmış iş adamının xeyir işində iştirak etmək üçün Bakıya xüsusi olaraq dəvət edilib. Sənətçinin xınayaxdı məclisinə 20 min dollar müqabilində qatıldığı deyilir. 

Musavat.com məsələyə aydınlıq gətirmək üçün İ. İbrahimovanın mətbuat katibi Zəminə Rüstəmova  ilə əlaqə saxlayıb.  
Z. Rüstəmova bildirib ki, sənətçi məclisdə qonaq qismində iştirak edib: "İradə İbrahimova  məclisə qonaq kimi dəvət olunub, bacısı Nigar İbrahimova ilə birlikdə iştirak edib. 20 min dollar alması söhbəti yalandır. Toy sahibləri ailəyə yaxın adamlardır və qonaq kimi bacıları dəvət edib. İradə xanım da sənətçi olduğu üçün mütləq mahnı töhfəsini təqdim etməli idi. Həm oxuyub, həm də oynayıb. Yəni, qonaq qismində iştirak edib”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?