Sabiq nazir müavini vəfat edib

img

20-04-2016 [14:08]


Əməkdar mədəniyyət işçisi Fərəh Şəkinskaya aprelin 20-də 80 yaşında vəfat edib. 
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən apa-ya verilən məlumata görə, F. Şəkinskaya 1936-cı il aprel ayının 28-də Bakı şəhərində anadan olub. 60-70-ci illərdə Azərbaycan Kommunist Partiyasının N.Nərimanov rayon Komitəsinin katibi, 1978-1989-ci illərdə Bakı şəhər İcra Komitəsinin mədəniyyət idarəsinin müdiri, 1989-1993-cü illərdə isə mədəniyyət nazirinin müavini vəzifəsində çalışıb.
F.Şəkinskaya müxtəlif illərdə N.Nərimanov və 26 Bakı Komissarı adına rayonların deputatı seçilib. 1993-2012-ci illərdə F. Şəkinskaya Azərbaycan Dövlət Uşaq Filarmoniyasına rəhbərlik edib.
O, milli mədəniyyət sahəsindəki xidmətlərinə görə 1998-ci ildə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA