Milli Məclisdə 7 məsələyə baxılacaq

img

20-04-2016 [10:46]


Milli Məclisin aprelin 26-da keçiriləcək plenar iclasının gündəliyi məlum olub.

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu AzVision.az-a bildirib ki, deputatlar 7 məsələni müzakirə edəcək.

Onun sözlərinə görə, iclasda ilk olaraq İnsan Alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək.

Bundan başqa "Uşaq hüquqları haqqında" yeni qanun layihəsi, eləcə də "Telekommunikasiya haqqında", "Kütləvi informasiya haqqında", "Polis haqqında", "Cinayət işlərinə dair hüquqi yardım haqqında" və "Cinayət törətmiş şəxslərin verilməsi haqqında" qanunlarda dəyişikliklər edilməsinə baxılacaq.

Qeyd edək ki, İnsan Alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı daxili işlər nazirinin birinci müavini, insan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazov təqdim edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA