Tahir Abbaslı: ?Ən böyük zərəri Müsavat çəkəcək?

img

29-03-2010 [02:40]


?İsa Qəmbəri ?təbrik? etmək olar. Hətta ?gözün aydın?da demək mümkündür. Söylədikləri öz bəhrəsini verdi?. Bu fikri Azərbaycan İslam Demokrat Partiyasının sədri hacı Tahir Abbaslı YAP-ın icra katibi Əli Əhmədovun müxalifətlə bağlı söylədiklərinə münasibət bildirərkən deyib. T.Abbaslı qeyd edib ki, İsa Qəmbərin müxalifəti xarici qüvvələrə işləməkdə suçlamasının belə nəticələnəcəyi barədə islamçı demokratların dedikləri özünü doğruldub: ?Biz bir neçə dəfə bu fikri təkrarladıq ki, Müsavat başqanının müxalifəti agentlikdə günahlandırması onsuz da zəif olan bu düşərgənin sonuna çıxmaq üçün iqtidara daha bir şans vermək idi. Əli Əhmədovun istər əvvəlki, istərsə də bu məsələ ilə bağlı son açıqlaması göstərdi ki, iqtidar bu şansdan əməlli-başlı yararlanmaq istəyir. Təbii ki, parlament seçkisi ilində, xüsusilə də birlik cəhdlərinin göstərildiyi bir dönəmdə iqtidarın bu təpkisi ilə üz-üzə qalmaq müxalifətə asan başa gəlməyəcək?. AİDP sədrinin fikrincə bu prosesdən müxalifət düşərəgəsi zərər çəkəcək, amma ən ciddi ziyan elə Müsavatın özünə dəyəcək: ?İsa Qəmbər hesab etməsin ki, bu prosesdən qələbə ilə çıxacaq. Elə deyil. İqtidarın aqtıq start verdiyi tədbirlərdən ən çox elə Müsavat zərər görəcək?. AİDP sədri hesab edir ki, İsa Qəmbər özünü ağıllı siyasətçi hesab edən, indiki iqtidarı tanıyan şəxs kimi bunları nəzərə almalı idi: ?O nəzər almalı idi ki, hakim partiya belə hallarda arxadan zərbə vurmaqdan çəkinmir?. Əli Əhmədovun açıqlamasında həqiqətin olub-olmamasına gəlincə, T.Abbaslı qeyd etdi ki, istər İsa Qəmbərin, istərsə də Əli Əhmədovun dedikləri hansısa faktlara söykənmir: ?Kimisə, yaxud hansısa qüvvəni xaricə işləməkdə suçlamaq üçün əldə faktlar olmalıdır. Əks halda deyilənlər qarşı tərəfi rəzilcəsinə zəiflətməkdən başqa bir şey deyil?. AİDP sədri hesab edir ki, iqtidarda olan partiyanın bu şansdan yararlanmağa çalışması onun durduğu yerə layiq hərəkət deyil. Hakimiyyətdə olan qüvvə bir tərəfi də cəmiyyəti tutan bu tipli ittihamların ölkədə boy verməsinə çalışmamalıdır. Böyük yerdə oturanlar böyük söz deməlidirlər. Deyə bilmirlərsə, aşağı səviyyəli addımlar atırlarsa deməli durduqları yerə layiq deyillər. Onu da nəzərinəzə çatdırım ki, müxalifəti xaricə işlməkdə suçlayan şəxsin təmsil olunduğu komandanın ən yüksək postlarında əyləşənlərinin yaxası Rusiyanın ordenləri ilə dolub. Biz də bunu göstərilən ?xidmətin? müqabilində verilən ?mükafatlar? adlandıra bilərik. Bununla yanaşı T.Abbaslı Azərbaycan cəmiyyətinin pisi-yaxşıdan ayıracağına ümid edir: ?Məncə cəmiyyətimiz yavaş-yavaş olsa da, kimin-kim olduğunu dərk edir və müvəqqti olsa da kənarda qalan sağlam qüvvələrin mövcudluğuna inanır?. Xatırladaq ki, bir neçə gün öncə, YAP icra katibi Əli Əhmədov mətbuata açıqlamasında deyib ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra müxalifət partiyaları seçkilərdə xarici amilləri gündəmə gətirməyə və ölkənin kənarından dəstək qazanmağa cəhd göstərmək taktikasını seçib. Həmin partiyalar xarici qüvvələrlə əlaqəyə girdiyindən onların sifarişlərini yerinə yetirmək məcburiyyətində qalır: ?Onlar ölkənin daxili işlərinə qarışmaq niyyətində olan xarici qüvvələrin və güclərin maraqlarına oynamaqla Azərbaycanın mili və dövlətçilik maraqlarının əksinə fəaliyyət göstərmiş olurlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA