Hakimiyyətdən Lalə Şövkətə Bakının meri postu vəd olunduğu bildirilir

img

25-03-2010 [05:36]


"2005-ci ildə deputat mandatından imtina edən, qarşıdan gələn parlament seçkilərinə isə qatılmaq niyyəti olmayan Lalə Şövkətin iqtidardan umacağı var" - deyə "Azadlıq" blokuna daxil olan partiyalardan birinin adının çəkilməsini istəməyən funksioneri Axar.az portalına məlumat verib. Onun sözlərinə görə, Lalə Şövkət Bakı şəhərinin meri olmaq istəyir. Bəlli olduğu kimi, Azərbaycanın Avropaya inteqrasiya prosesində üzərinə götürdüyü öhdəliklərdən biri də Bakı şəhərində mer seçkisinin keçirilməsi ilə bağlıdır. 2011-ci ilin ikinci yarısında iqtidar həmin öhdəliyi yerinə yetirmək fikrindədir və o zaman ölkədə demokratik seçki görüntüsü yaratmaq üçün Lalə Şövkətin arzusunu reallaşdırılması istisna deyil. Ölkədə bütün iqtisadi resurslara, inzibati və seçki sisteminə nəzarət edən iqtidarın Bakı şəhərinin meri postunu Lalə Şövkətin timsalında heç bir sosial bazası olmayan müxalifətə "güzəştə getməsi", əslində isə, öz kadrlarına həvalə etməsi qətiyyən təhlükə törətmir. Əksinə, seçki vasitəsi ilə Rusiya ilə sıx təmasları olan fiquru görəvə gətirməklə iqtidar 2013-cü ilin prezident seçkilərində qərbdən dəstək almaq şanslarını gücləndirir. Lakin bu planın baş tutması Lalə Şövkətin müxalifət lideri kimi öz ranqını İsa Qəmbərə yaxınlaşdırmasından və Əli Kərimlini öz çətiri altında saxlaya bilməsindən asılıdır. Belə ki, mətbuatda İsa Qəmbərlə müqayisə olunmayacağı və Əli Kərimlini kontrol altında saxlaya bilməyəcəyi təqdirdə mövcud hakimiyyət onun mer olmaq arzusunu gözündə qoyacaq. Məsələylə bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verən ALP sədr əvəzi Əvəz Temirxan bunun düşünülmüş dezinformasiya olduğunu bildirib: "Hesab edirəm ki, bu kimi məlumatları vəzifə düşkünlərı yayırlar. İstərdim ki, hakimiyyət bu adamların kumirlərinə vəzifə versin, yazıqdırlar".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA