19-04-2016 [15:21]
"Dağlıq Qarabağ münaqişəsini həll etmək istəyiriksə, Türkiyə amilini nəzərə almalıyıq. Bu amili əsla yaddan çıxarmaq olmaz. Ermənilər də anlamalıdırlar ki, Ermənistanın Dağlıq Qarabağla birləşməsi mümkün deyil. Rusiya bunu istəmir, çünki maraqlarımıza ziddir. Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyarsa, bölgədə böyük müharibə başlanacaq. Üstəlik, NATO-nun mövqeləri güclənəcək".
Bunu Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski Rusiya Erməniləri İttifaqının (REM) media kanalına verdiyi müsahibəsində deyib.
"Türkiyə bölgədə çox fəaldır və onun maraqları Rusiyanın mənafeləri ilə kəskin ziddiyyət təşkil edir. Ermənilər deyirlər ki, biz niyə passivik. Belə deyil. Rusiyanın siyasətini anlamaq gərəkdir. Ermənilər onu da unutmasınlar ki, Rusiya tarix boyu onları farslardan, türklərdən xilas edib. Biz Ermənistanı ələ keçirdik, Ermənistan yarandı. Bizim köməyimizlə. Azərbaycan isə Çar Rusiyasının tərkibinə İranın qərarından sonra daxil olub - Tehranda Rusiyanın səfiri Qriboyedov qətlə yetiriləndən sonra.
Azərbaycanı biz ələ keçirməmişik. Hə, gələk Dağlıq Qarabağ məsələsinə. Yaxşı, təsəvvür edək ki, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıdı. Nə olacaq?! O olacaq ki, Azərbaycanla Türkiyə ittifaq, birlik yarada bilərlər, hətta birləşərlər də. Ən yaxşı halda Azərbaycan ərazisində Türkiyənin hərbi bazaları yerləşdiriləcək.
Təsəvvür edin ki, Azərbaycanın şimalında, Dağıstanın yaxınlığında belə baza var. Bu, çox pis olacaq. Çünki Dağıstan müsəlmanların yaşadığı yerdir və oranın əhalisinin əksəriyyəti türkdillilərdir. Ümumiyyətlə, qaraçaylar, çərkəzlər - Şimali Qafqazdakı xalqların əksəriyyəti türkdilllilərdir.
Oktyabr inqilabına qədər Şimali Qafqazda türk dili tədris olunurdu. Şimali Qafqazın Türkiyənin nəzarətinə keçməsi bizə lazımdırmı?! Yox", - deyə V.Jirinovski bildirib.
RLDP sədri daha sonra öz "amplua"sına sadiq qalaraq Türkiyənin "parçalanma ssenarisi"ndən bəhs edib. "Türkiyənin şimal-şərq əyalətlərini türklərdən alıb ermənilərə vermək lazımdır. Ermənistan bu ərazilərlə birləşməlidir. Onda ermənilər Dağlıq Qarabağı unudacaqlar. Türklər isə... Bu köçərilər yaşadıqları torpaqlarda gəlmələrdir. Qoy çıxıb Orta Asiyaya, vətənlərinə getsinlər, Daşkəndin yanında yaşasınlar. Bu, 21-ci əsrin ortalarına olan vəzifədir", - V.Jirinovski deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində həllinə inanmır: "Minskdəki müzakirələr heç bir nəticə verməyəcək. Bu problemi nə ABŞ, nə Fransa həll edə bilər. Ümumiyyətlə, amerikalıların nə etmək istədikləri, nəyə can atmaları bəlli deyil. Rusiya olmadan Dağlıq Qarabağ münaqişəsini çözmək mümkün deyil. Rusiyanı istəmirsinizsə, onda vuruşun. Azərbaycan indi yaxşı, müstəqil siyasət yeridir. Ermənilərə aşkar yardım etsək, Azərbaycanın bizə münasibəti dəyişəcək. Bu da bizə lazım deyil".(Baku.ws).
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR