"Vaxtı çatanda da onlarla bağlı addımlarımızı atacağıq" - Partiya sədri

img

18-04-2016 [15:53]


Rusiya dövlət dumasının deputatı Vladimir Jrinovski növbəti dəfə sərsəm açıqlama ilə yadda qalıb. O, Ermənistan və Azərbaycanın Rusiyaya birləşdirilməli olduğunu deyib.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev  Modertor.az-a açıqlamasında bildirib ki, o, Jirinovskini yerinə otuzdurmaq üçün Moskvaya səfər etməyi planlaşdırır: "Jirinovski qeyri-cidd adamdır, amma onun son açıqlamaları bütün əndazələri aşmaqdadır. Mən ona dəfələrlə xəbərdarlıqlar etdim. Partiyasına zəng vurdum amma o, mənimlə dialoqdan qaçdı. Hər dəfə müavinləri, aparat rəhbərləri Jirinovskinin yerinə cavab vedi. Mən artıq bu işin üstünə ciddi düşəcəm. Yaxın vaxtlarda Moskvaya gedərək o, təlxəyin cavabını verməli olacam. Jirinovskinin sözləri Rusiyanın planının bir hissəsidir. O, təlxəyə ideya verənlər içərisində Azərbaycanda olan 5-ci kolon nümayəndələri də var. İlham Əliyevin ABŞ Türkiyə səfəri, onun bu ölkələrdə etdiyi çıxışları göstərdi ki, biz Qərb siyasəti həyata keçiririk. Mənim qardaşım İlham Əliyev bu addımına xalqımız tam dəstək verməkdədir. Amma Rusiyadan medal almış bizim bəzi məmurlar təbii ki, prezidentin bu gedişlərindən narahatdırlar. Onları İlham Əliyevin xalq arasında günü-gündən artan nüfuzu çox narahat edir. Jirinovskini danışdıran bizim 5-ci kolon nümayəndələri ona Azərbaycandan 5 ulduzlu konyak, kürü göndərirlər. Bu adamlar hər zaman ölkəmizin vacib məqamlarında bu itin qabağına yal ataraq onu ölkəmizə və Türkiyəyə qarşı hürdürməyə başlayırlar. Moskvadan orden alanların əsas işlərindən biri də odur ki, Jirinovskiyə donos göndərsinlər. Biz Jirinovski kimi qoca itlərə bundan sonra əhəmiyyət verməməliyik. İt hürər karvan keçər. Jirinovskiyə dəstək verən Azərbaycandakı adamlar bilsin ki, biz onları tanıyırıq. Hamısını tam olaraq nəzarətdə saxlayırıq. Vaxtı çatanda da onlarla bağlı addımlarımızı atacağıq. Mən nə qədər sağam, xalqımın, prezidentimin yanında, Rusiyadan medal almış satqınların isə qarşısında olacam”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA