Ramazan Abdulatipov Bakıya gəlir - Səfərin qrafiki açıqlandı

img

18-04-2016 [12:57]


Dağıstanın başçısı Ramazan Abdulatipov mayın 12-13-də Bakıya səfər edəcək.

Bunu Dağıstan Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Marat Askanderov deyib.

Onun sözlərinə görə, R.Abdulatipov Azərbaycan rəhbərliyi və rəsmi şəxslərlə, o cümlədən iqtisadiyyat naziri Şahin Mustafayev, Baş nazirinin birinci müavini Yaqub Eyyubov, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşlər keçirəcək. 

Onu da qeyd edək ki, 12-13 may tarixində Bakıda Dağıstan günləri keçiriləcək(Trend).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA