Tofiq Yaqubluya xəbərdarlıq edildi - Açıqlama

img

15-04-2016 [18:10]


Müsavat Partiyası başqanın müavini Tofiq Yaqublu Baş Prokurorluğa çağırılıb. 

Bu barədə APA-ya T. Yaqublunun özü məlumat verib.

O bildirib ki, idarədə baş prokurorun müavini Rüstəm Usubov və müstəntiq Nadir Mirzəyevlə görüşüb, ona xəbərdarlıq edilib:

"Rüstəm Usubov mənə dedi ki, mətbuata müsahibələrimdə müəyyən yanlışlıqlara yol vermişəm. "Yeni Müsavat” qəzetinə müsahibəmdə dini məsələlərlə bağlı fikirlərimə etiraz etdi ki, mən milli və dini ayrı-seçkilik salmaq istəmişəm. Ancaq həmin müsahibədə texniki səhv olmuşdu. Mən də öz növbəmdə dedim ki, bu məqsədlə fikir bildirməmişəm. Sonra xəbərdarlıqla bağlı mətni imzaladım”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA