Vətəndaşlarla görüşü aksiya kimi qələmə vermək... - İcra Hakimiyyəti açıqlama yaydı

img

15-04-2016 [12:48]


Dünən kütləvi informasiya vasitələrində Beyləqan rayon icra hakimiyyətininin qarşısında vətəndaşların etiraz aksiyası keçirilməsi ilə bağlı məlumatlar yayımlanıb.

Məsələ ilə bağlı Beyləqan rayon İcra Hakimiyyətindən Mia.az-a verilən açıqlamada bildirilir ki, 14 aprel 2016-cı il tarixdə bir qrup vətəndaş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 1999-cu il tarixli 74 nömrəli Sərəncamı ilə bütövlükdə Dövlət mülkiyyətində saxlanılmış təsərrüfatın ərazisindən 1995-2004-cü illərdə Nazirliyin icazəsi alınmadan rayon İcra hakimiyyətinin sərəncamları ilə qanunsuz icarəyə torpaq götürmüş bir qrup rayon sakini həmin torpaqların geri alınmasına etiraz olaraq rayon İcra Hakimiyyətinə gəliblər:

"Həmin vətəndaşlar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət müəssisələrinin idarəedilməsi şöbəsinin müdiri Tofiq Qocayev tərəfindən qəbul edilərək, hazırda həmin torpaqlardan istifadə etdikləri nəzərə alınaraq torpaqların geri alınması prosesi müvəqqəti olaraq dayandırılmışdır. Qəbul edilmiş rayon sakinləri görülmüş tədbirdən razı qaldıqlarını bildirərək, rayon İcra Hakimiyyətini tərk etmişlər.

Çox təəssüf ki, İcra Hakimiyyətində vətəndaşlarla keçirilən görüşü aksiya kimi qələmə verən bəzi kütləvi infoirmasiya vasitələri var. Biz, belə yalan yazan KİV-ləri qınayırıq, onları obyektiv olmağa çağırırıq. Eyni zamanda, faktiki məlumatın ölkə ictimaiyyətinə düzgün çatdırılmamasından təəssüfləndiyimizi bildiririk".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA