200-dən artıq QHT-dən müraciət - Ermənistanın cinayətləri ilə bağlı

img

14-04-2016 [21:47]


200-dən artıq ölkə QHT-si Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından Mia.az-a verilən məlumata görə, sənəddə vurğulanır ki, 2016-cı il 2 aprel tarixində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı qüvvələri 4 mülki şəxsi qətlə yetirib, 18 mülki şəxsi isə yaralayıb.

Müraciətdə qeyd olunur ki, həlak olmuş Azərbaycan əsgərlərinin cəsədləri üzərində işgəncə, insan ləyaqətini alçaldan rəftar əlamətlərinin aşkarlanması Ermənistanın "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il tarixli Cenevrə Konvensiyalarının müddəalarını kobudcasına pozmasını, ümumbəşəri dəyərləri növbəti dəfə riyakarcasına tapdalamasını sübut edir.

QHT-lər beynəlxalq ictimaiyyəti törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlərə görə Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA