Azərbaycan Dünya çempionatında 3 medal qazandı

img

27-03-2010 [02:42]


Türkiyənin Antalya şəhərində Cüdo üzrə Paralimpiyaçıların Dünya Çempionatı keçirilir. Azərbaycan idmançıları bu yarışda 3 medal qazanıblar. Medallardan 1-i qızıl, 2-si isə bürüncdür. Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlunata görə, idmançılarımızdan Afaq Sultanova 57 kiloqram çəki dərəcəsində qızıl, Natiq Novruzzadə 73, Rövşən Səfərov isə 81 kiloqram çəki dərəcələrində bürünc medallara sahib olublar. Bu gün idmançılarımızdan Çinarə Rzazadə, Xəyal Qəniyev, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev çıxış edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA