ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı tənqidi hesabat yaydı

img

14-04-2016 [11:30]


ABŞ Dövlət Departamenti "2015-ci ildə Azərbaycanda insan hüquqlarının vəziyyəti”nə dair geniş hesabatını açıqlayıb.

Modern.az Amerika Dövlət Departamentin saytına istinadən xəbər verir ki, sənəddə Azərbaycan hüquq və azadlıqlar məsələsində tənqid edilib.

Bununla yanaşı, Dağlıq Qarabağ və ona bitişik rayonlarda Ermənistanın işğalçılıq siyasətinin davam etdiyi bildirilib.

Hesabatda vurğulanıb ki, separatçılar Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağ və digər 7 rayon üzərində nəzarəti davam etdirir.

"Azərbaycan-Ermənistan sərhədi boyunca təmas xəttində zorakılıq hallarının artması müşahidə olunub. Bütün il boyu aparılan hərbi əməliyyatlar zamanı dinc əhalin arasında qurbanların olması bunu təsdiqləyir”,-deyə bildirilib.

Qeyd edilib ki, Azərbaycanda qadınlara qarşı zorakılığın, insan alverinin artması ilə bağlı məlumatlar yayılıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA