“Freedom House” həmişə Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunub

img

13-04-2016 [22:59]


Beynəlxalq hüquq-müdafiə təşkilatı olan "Freedom House” növbəti hesabatını açıqlayıb. Qurumun keçid dövrü ölkələrinə dair açıqladığı və "Nations in Transit” adlanan illik hesabatında Azərbaycan əvvəlkilər kimi yenə də pis göstəricilər olan ölkələr sırasına daxil edilib. Reytinqlər 1-7 balla göstərilib. 1 - demokratik inkişafın ən yüksək, 7 - ən aşağı həddini göstərir. Bu reytinqdə Azərbaycanın balı 6.86-dır. Gürcüstanda demokratiyanın durumuna 4.61, Ermənistanda 5.36, Rusiyada isə 6.50 bal verilib. "Freedom House”un əvvəlki illərdə yaydığı hesabatları ilə son hesabatı arasında elə də ciddi fərqin olmaması ölkəmizdə heç də birmənalı qarşılanmayıb. Xüsusən siyasi dustaqların həbsdən azad olunmasından sonra ölkəmizin Rusiya və Ermənistandan daha aşağı sırada yer alması ölkəmizə qarşı qərəz kimi dəyərləndirilə bilərmi?

Bu mövzu ilə Müasir Müsavat Partiyasının sədrinin mövqeyini təqdim edirik. Azərbaycanın xarici təşkilatlarla işləyə bilmədiyini vurğulayan Müasir Müsavat Partiyasın sədri Hafiz Hacıyevə görə, beynəlxalq təşkilat ölkədaxili vəziyyətimizin nöqsanlarından təzyiq vasitəsi kimi istifadə edirlər: ""Freedom House” təşkilatının hesabatını qərəzli hesab etmək olar, amma bizim özümüzdə də nöqsanlar çoxdur. Bu nöqsanları düzəltmək üçün ciddi addımlar atmalıyıq. "Freedom House” kimi təşkilatlar həmişə Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunub. Biz çalışmalıyıq ki, onlara bu cür aldaldıcı şanslar verməyək. Bizdə də günah çoxdur. Çünki biz beynəlxalq təşkilatlarla işləyə bilmirik. Düşünürəm ki, bu cür təşkilatlarla ciddi iş qurmalıyıq. Onların dediklərini təhlil etməliyik, qərəzli olduqları müəyyən məsələlərdə onları başa salmalıyıq. İndiki zamanda torpaqlarımız uğrunda gedən mübarizə, Rusiyanın bizi təzyiq altında saxlamağa çalışması bizə ayıq olmağa əsas verir. Ancaq bəzi qüvvələr çalışırlar ki, ölkədaxilində insanları üz-üzə qoysunlar, əsassız ittihamlar rəli sürülür. Bu cür vəziyyətlər beynəlxalq təşkilatların əllərinə keçir və bizə qarşı istifadə edirlər. Biz hələlik xarici təşkilatlarla bacarmırıq”.(pia.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA