13-04-2016 [13:06]
Adlar insan həyatında mühüm rol oynayır, xarakterin formalaşmasına, cəmiyyətdə özünə yer qazanmağa müəyyən təsir göstərir. İstər yaxşı, istərsə də pis ad şəxs barədə informasiya verir, onun haqqında müəyyən təəssürat formalaşdırır. Bəzən görürsən ki, adla mənsub olduğu adam arasında ziddiyyət nəzərə çarpır: ad sanballıdır, onu daşıyan şəxs isə bu ada layiq deyil. Ya da əksinə, o qədər populyar olmayan ada onun daşıyan şəxsiyyət öz davranışları ilə hörmət gətirə bilir. Bunları nəzərə alaraq, "adını söylə, deyim kimsən” ifadəsi nahaq yerə səsləndirlmir.
Modern.az saytı adlarla bağlı yeni rubrikaya başlayır: "Adını söylə, deyim kimsən”. İlk müsahibimiz Müasir Müsavat Partiyasın sədri Hafiz Hacıyevdir.
- Adınızı sizə kim qoyub? Bu ada görə nə zamansa peşiman olmusunuzmu? "Kaş ki, adımı Hafiz yox, başqa ad qoyardılar”. Belə fikir ürəyinizdən keçibmi?
-Adımı atam qoyub. Atam uzun müddət müəllim olub. Ermənistanda tanınmış adam olub. Adıma görə peşimançılıq keçirdiyim bir saniyə belə, olmayıb. Hafiz adı çox az adamda var. Bu ad geniş şəkildə yayılmayıb. Azərbaycanda Hafiz adı ilə çox az rastlaşmışam. Adıma görə heç bir narahatçılığım yoxdur. Elə adlar var ki, çox geniş yayılıb. Məsələn, kimə baxırsan adı Əlidir. Adımla hər zaman fəxr etmişəm. Millətim, dövlətim üçün çalışan adam olmuşam.
- Bəs siyasətdə Hafiz adı sizə nələri verib?
- Orta məktəbi qurtarandan sonra ali məktəbə daxil olmuşam. Təyinatla Kəlbəcər rayonuna getmişəm. Uzun müddət Kəlbəcərdə rayon Komsomolunda təşkilat komitəsinin müdiri, birinci, ikinci katib əvəzi işləmişəm. Həyatımın gənc vaxtlarında siyasətlə məşğul olmuşam. Dövlətçilik baxımından böyük təcrübəm olub. Ən yüksək vəzifələrdə çalışmışam. Moskva ali komsomol məktəbini bitirmişəm. Leninqradda balıqçılıq üzrə elmlər namizədliyimi müdafiə etmişəm. Həyatimin böyük ilini balıqçılıq sənayesinə həsr etmişəm. Yüksək nəticələr əldə etmişəm. Azərbaycan tarixində nazir işlədiyim dövrdə 55 ton qara kürü, 100-lə yeni balıqçılıq müəssisələri yaratmışam. Həmin dönəmlərdə də adımla fəxr etmişəm.
- Balıqdan söz düşmüşkən, sizi "balıq Hafiz” kimi daha çox tanıyırlar. Sizə bu cür müraciətə görə hər hansı narahatçılığınız olurmu?
-Qətiyyən. Balıqçılıq üzrə elmlər namizədiyəm. İndikilər kimi 3-5 min aparıb verib professor adı almamışam. Deputat səlahiyyətindən istifadə edib, yalandan elmlər doktoru dərəcəsinə yiyələnməmişəm. Onlar heç hərf də tanmırlar. Onların bir-ikisi Milli Məclisdə oturub. Mənə bu gün "balıq Hafiz” deyirlərsə, bunu təbii və normal qarşılayıram. Ona görə ki, balıqçılıq sahəsində 13 il işləmişəm. Böyük xidmətlərim olub.
- Cəmiyyətdə "balıq Hafiz” kimi tanınmağınıza görə övladlarınız, ailəniz bundan utanmır ki?
- Qətiyyən. Burda nə var ki?! "Narkoman Hafiz”, "oğru Hafiz”, "vətənini satan Hafiz” demirlər ki! Balıqçılıq sahəsində çalışmışam. Görəndə deyirlər ki, balıqçılıq naziri olan "balıq Hafiz”. Balığın özü də paklıqdır. Bundan sonra da o sahəni mənə tapşırsalar, Azərbaycan büdcəsinin 50-60%-ni o sahə ilə təmin edə bilərəm.
- Nəvələrinizdən sizin adınızı daşıyan varmı?
- Yoxdur. Ailədə övladlara müstəqillik vermişik. Bizim ailədə demokratiyadır. Kim övladına nə adı istəyirsə, o adı da qoyur. Biz heç kimə təzyiq göstərə bilmərik ki, ya mənim, ya atamın, ya da babamın adını övladınıza qoyun. Bu, müdaxilə kimi anlaşılar.
- Heç ürəyinizdən keçirmi ki, kaş sizin adınızı daşıyan nəvələriniz olsun?
- Heç vaxt istəmərəm ki, nəvələrim mənim adımı daşısın. Mənim getdiyim yolu, çəkdiyim əziyyətləri onlar yaşaya bilməz. Təbii ki, Hafiz adını kimsə övladına qoya bilər. Bunu qadağan edə bilmərəm. Amma övladlarımın öz övladlarına Hafiz adını qoymasını istəmərəm. Ona görə istəmərəm ki, gələcəkdə Hafiz adı söyülsün.
- Maraqlı məqama toxundunuz. "Kim övladına Hafiz adını qoyarsa, bu onun öz işidir” dediniz. Bu yaxınlarda müğənni Şəbnəm Tapdıq Şəbnəm adının qoyulmasını qadağan edib.
- Düzgün yanaşma deyil. Biz azad dövlətdə yaşayırıq. Heç kim heç kimə qadağan edə bilməz ki, "adımı qoyma”. Yaxud "filan şəhərin adını filan yerə qoyma” və sairə. Bu, bir növ qəddarlıqdır. Kimin hansı ad xoşuna gəlir, onu da götürür. Şəbnəm xanım deyirsə, şəxsi işidir. Qarışa bilmərəm. Amma belə məsələlərə çox pis baxıram. Üstəlik, fikir, söz azadlığı var. Bu nə deməkdir?! Onda gərək dahilər desin ki, "mənim adımı heç kimə qoyma”.
- Adların özünün də mistik mənası olur. Bəzən hansısa ad insana uğur, ya da uğursuzluq gətirir. Bilmək maraqlıdır. Sizcə, Hafiz adı qohum-əqrəbaya, yaxınlarınıza hər zaman başucalığı gətirib?
- Öz adımla qürur duyuram. Biz böyük nəsilik. Professorlarımız, 2 Milli Qəhrəmanımız var. Düşünürəm ki, nəslim hər zaman mənimlə fəxr edib. Həyatım boyu elə utancverici hərəkət etməmişəm ki, adım nəslimə ləkə olsun. Adımla hər zaman fəxr ediblər. Mən də çox xoşbəxtəm ki, Vətən üçün, millət üçün vuruşmuşam. Nazir də olmuşam, ən böyük vəzifələrdə də çalışmışam. Amma özümü millətimlə eyni səviyyədə tutmuşam.
- Səhv etmirəmsə, ən böyük arzularınızdan biri prezident olmaq olub. Məsələn, hər zaman "balıq Hafiz” kimi tanınmısınız. Yəqin ki, "prezident Hafiz” kimi də tanınmaq ürəyinizdən keçir?
- Mən prezident oldum-olmadım təki millətimiz üçün xeyirli olsun. Əlbəttə, 2018-ci ildə yenidən prezidentliyə namizədliyimi verəcəm. Arzulayıram. Amma prezident olmaq da çətindir.
- Sadəcə, arzunuzdur...
- Arzu yox, həyata keçirmək istəyirik. 13 ildir ki, partiya sədriyəm. Gedib başqa işlə məşğul olub daha yaxşı yaşaya bilərdik. Bu gün kirayədə yaşayan insanam. 3 dəfə prezidentliyə namizəd olmuşam. Bu, mənim həyat tariximdə çox böyük hadisədir. Sadaladıqlarımın hamısının önündə bu durur. Ölkənin prezidenti olmaq elə-belə iş deyil. Bu arzudan əmələ gəlməyib. Mənim bacarığım sayəsində əmələ gəlib. Ona görə də hər zaman adımla fəxr etmişəm. Qorxaq, utancverici hərəkət etməmişəm ki, millətimdən utanam. Həyatım boyu dövlətçiliyə xidmət etmişəm. Siyasi əqidəmə görə 2 dəfə həbs edilmişəm. Siyasi məhbus adı ilə həbsdən çıxmışam. Əgər 2018-ci ildə prezident seçilsəm, 3 aya Xankəndini alıb paytaxtımızı ora köçürəcəm. Özüm də oturacam orda.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz