12-04-2016 [12:07]
Ötən illərdə bir neçə dəfə baş tutan iqtidar-müxalifət diqaloqu müxtəlif məsələlərin müzakirəsinə şərait yaradıb.
Bu il iqtidar-müxalifət dialoqunun keçirilməsi nə dərəcədə realdır?
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı hesab edir ki, iqtidar-müxalifət dialoquna ehtiyac var:
"Təbii ki, belə bir məqamda iqtidar-müxalifət dialoquna ehtiyac var. Cəbhədə vəziyyətin gərgin olduğu zamanda bütün müxalifət partiyalarının liderləri birmənalı olaraq Ordumuzu dəstəklədi. Düşmənə layiqli cavab vermək məsələsində heç bir parçalanma yoxdur. Amma yaranmış vəziyyət, bundan sonra hansı addımlar atılmalıdır, milli birlik istiqamətində görüləcək işlər bir araya gəlməklə müzakirə oluna bilər. Yəqin ki, buna çox böyük ehtiyac var”.
Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, əgər iqtidar istəyirsə, hər zaman olduğu kimi dialoqa hazırdırlar:
"Torpaqları azad etmək vəzifəsi hakimiyyətin vəzifəsidir. Hakimiyyətin də bu vəzifəsini icra etməsi üçün müxalifət də hər cür dəstək verməlidir. Əgər iqtidarın dialoqa ehtiyacı varsa, müxalifət də buna getməlidir. Əgər iqtidarın siyasi və təbliğat dəstəyinə, canlı qüvvə və maddi dəstəyə ehtiyac varsa, müxalifət bunu verməlidir. Bununla da müxalifət xalq və dövlət qarşısında öz vəzifəsini yerinə yetirmiş olar. Burada nəzəri fikirlər söyləməyə heç bir ehtiyac yoxdur. Torpaqları azad etmək Konstitusiya ilə rəsmi olaraq hakmiyyətin boynuna qoyulub. Bizim borcumuz isə onların vəzifəsini yerinə yetirməyə dəstək verməkdir. Dialoqla da bağlı təkliflərimizi vermişik. Nə zaman hazır olsalar, biz hər zamankı kimi danışığa hazırıq”.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə sağ müxalifətin hakimiyyətə heç nə verə bilməyəcəyi qənaətindədir:
"Müxalifət hakimiyyətə və xalqa heç nə verə bilməz. Ona görə də bu gün iqtidar-müxalifət dialoqu labüd deyil və buna ehtiyac yoxdur”.
Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı ölkənin həyati əhəmiyyətli anlarında dialoqun vacib olduğunu deyib:
"Belə bir vəziyyətdə təbii ki, iqtidar-müxalifət dialoqunun olması çox vacibdir. Bir halda ki, Müsavat Partiyası Azərbayanın taleyüklü məsələlərində müzakirəyə hər zaman hazır olduğunu bildirib. Qarabağ məsələsi Müsavat Partiyası üçün ən birinci məsələdir. Ona görə də Qarabağa görə müzakirələr olacaqsa, biz mütləq iştirak edəcəyik. Biz hakimiyyətə dialoq paketi təklif etməmişik. Sadəcə olaraq, iqtisadi böhranla bağlı xalqa müraciət etmişik. Ona baxılıb-baxılmamasına rəsmi cavab verilməsə də, bizim qoyduğumuz məsələlərin bəzilərinə əməl olunduğu görünür. Amma hamısı yox, çox kişik hissəsi öz əksini tapıb”.
Vəhdət Partiyasının sədri Tahir Kərimli bu günün reallıqları baxımından iqtidar-müxalifət dialoqunun vacib olmadığı fikrindədir:
"İdeya və arzu baxımından hər zaman iqtidar-müxalifət dialoquna ehtiyac var. Çünki cəmiyyətdə bütün problemlərlə bağlı hər iki siyasi qüvvə masa arxasında müzakirələr aparmalıdırlar. Xüsusən indiki halda buna ehtiyac var. Ancaq real vəziyyət başqa cürdür. Aktiv fazada atəşkəs elan olunub. Həm Rusiya, həm də Qərb Azərbaycan və Ermənistan rəhbərliyi ilə təmasa keçib. Artıq münaqişəni diplomatik aspektdə həll etməyə başlayıblar. Digər tərəfdən isə xalq Azərbaycan ordusunun irəliləməsini çox təqdir edir. Belə olan halda oyunçular və tərəfləri qiymətləndirəndə görürük ki, ən vacib məqamlar olan dövlət rəhbərliyi, beynəxalxaq təşkilatlar, regiondakı güclər məsələ ilə məşğuldurlar.
İndiki Azərbaycan şəraitində bir partiya hədsiz qüvvəli, müxalifətin isə hədsiz dağınıq və zəif olduğundan açğını deyim ki, iqtidar dialoqa həvəsli görünmür. Çünki xalq birmənalı şəkildə prosesləri dəstəkləyir. Ona görə də ideya baxımından iqtidar-müxalifət dialoqu gərəklidir, amma bu günün reallıqları baxımından o qədər də önəmli və vacib deyil”.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov isə deyib ki, həmrəylik olan yerdə heç bir dialoq lazım deyil:
"Azərbaycandakı bütün siyasi partiyalar son günlər eyni mövqedən çıxış edirlər. Torpaqlarımızın azad olunması, iqtidar-xalq birliyi onu göstərdi ki, bir neçə şəxsi çıxmaq şərti ilə bütün Azərbaycan və ölkədən kənarda yaşayanlar, türk və müsəlman dünyası bizi dəstəklədi. Bu proseslərdə artıq milli həmrəylik var. Həmrəylik olan yerdə başqa dialoqa heç bir ehtiyac yoxdur”.
Modern.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz