MSK parlament seçkiləri ilə bağlı monitorinqlərə bazlayır

img

26-03-2010 [12:36]


Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərlə əlaqədar monitorinqlər aparacaq və maarifləndirmə proqramı həyata keçirəcək. Qurumdan bildiriblər ki, MSK üzvləri tərəfindən monitorinqə ilkin olaraq kənd rayonlarında yerləşən dairələrdən başlanacaq. Məqsəd dairə seçki komissiyalarının öz vəzifələrini necə həyata keçirdiyini müəyyən etmək, dairələrin vəziyyətini yoxlamaqdır. Monitorinqlərin aprelin 15-nə kimi başa çatdırılması nəzərdə tutulub. Aprel ayından başlayaraq həm də maarifləndirmə proqramları həyata keçiriləcək. Hazırda MSK-da bununla əlaqədar tədbirlər planı hazırlanır. Azərbaycanda parlament seçkiləri payızda keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA