isa Qəmbər ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorellə görüzüb

img

30-03-2010 [05:02]


Müsavat Partiyasının başqanı İsa Qəmbər ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel arasında görüş keçirilib. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, görüşdə Qarabağ problemi, qarşıdan gələn parlament seçkiləri, Seçki Məcəlləsi, söz və mətbuat, sərbəst toplaşmaq azadlığı, siyasi məhbuslar və digər məsələlərlə bağlı müzakirələr aparılıb. Səfir parlament seçkilərinə qədər ATƏT-in Bakı ofisinin nəzərdə tutulan tədbirləri barədə partiya başqanına məlumat verib. Görüşdə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, ATƏT-in Bakı ofisinin əməkdaşları Jalkin Karpenter və Elgün Tağıyev iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA