Evinin qarşısındakı aksiyaya etiraz edən Nemət Pənahlı saxlanıldı – Açıqlama

img

11-04-2016 [15:22]


AXCP sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında keçirilən hazırlanmış aksiyada iştirak edən gənclərin söyüşlər söyməsi, ədəbsiz təhqirlərə yol verməsi həmin binada yaşayan Milli Azadlıq Hərəkatının lideri Nemət Pənahlını haqlı olaraq qəzəbləndirib və o, gənclərə onlarla ailənin yaşadığı binanın qarşısında təhqiramiz ifadələr işlətmələrinin doğru olmadığını deyib.

N.Pənahlının xanımı Həcər Pənahlının xural.com-a verdiyi məlumata görə, bundan sonra gənclərlə N.Pənahlı arasında yaranan mübahisə, sonunda onun polis tərəfindən saxlanılaraq, Polis İdarəsinə aparılmasına səbəb olub: "Hadisənin şahidi olan Nemət Pənahlının bacısı oğlu ayaqyalın həyətə qaçıb. Bu zaman polislər onu da saxlayaraq, naməlum istiqamətə aparıblar".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA