Xəzərin hüquqi statusu ilə bağlı növbəti görüş - İrandan açıqlama

img

10-04-2016 [14:37]


"Xəzərin hüquqi statusu ilə bağlı növbəti görüş cari ilin iyun ayında Tehranda keçiriləcək".

Mia.az Azərtac-a istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini İbrahim Rəmipur bildirib.

İ. Rəmipur Xəzər dənizinin hüquqi statusu ilə əlaqədar Bakıda keçirilən görüş səmərəli olduğunu, tərəflərin dənizin hüquqi statusunun tam müəyyənləşməsinə qədər görüşləri davam etdirmək qərarına gəldiklərini söyləyib. İran xarici işlər nazirinin müavini qeyd edib ki, bütün tərəflər Xəzərin sülh və əməkdaşlıq dənizi olmasını istəyir və bu istiqamətdə addımlar atırlar: "İyun ayında Tehranda keçiriləcək növbəti görüşdə dənizin hüquqi statusu ilə yanaşı gəmiçilik, balıqçılıq, yüklərin dəniz vasitəsilə tranzit daşınması və digər məsələlər də müzakirə ediləcək”.

Xatırladaq ki, aprelin 5-də Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin Bakıda görüşü keçirilmişdi. Görüşdə Azərbaycan, İran, Rusiya, Türkmənistan və Qazaxıstanın xarici işlər nazirlərinin müavinləri iştirak ediblər. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA