YAP Qadınlar Şurasının sədrinə vəzifə verildi, sabiq nazir müavini isə kollec direktoru oldu - Təyinat

img

08-04-2016 [17:32]


Azərbaycan Dövlət Pedaqoji Kollecinin keçmiş direktoru Nurlana Əliyeva təhsil nazirinin müşaviri vəzifəsinə təyin olunub. 

Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  

Bildirlib ki, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru vəzifəsinə təyin olunmuş Qulu Novruzov bu təhsil müəssisəsinin kollektivinə təqdim edilib(APA).

Qeyd edək ki, N. Əliyeva Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının sədridir, Qulu Novruzov isə nazir Mikayıl Cabbarovun müavini olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA