08-04-2016 [16:54]
Azərbaycanın sabiq xarici işlər naziri, uzun illər Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olmuş peşəkar diplomat Tofiq Zülfüqarov maraqlı müsahibə verib.
Mia.az Teleqraf.com-a istinadən həmin müsahibəni təqdim edir:
- Tofiq müəllim, ilk öncə aprelin 2-5-də cəbhə xəttində baş verən hadisələrə münasibətinizi bilmək maraqlı olardı. Azərbaycan ordusunun 22 ildən sonra ilk dəfə olaraq apardığı əməliyyatı necə qiymətləndirirsiniz?
- Əvvəlcə, onu demək istərdim ki, bu qələbəni Azərbaycan xalqı çoxdandır ki, gözləyirdi. Eşq olsun Azərbaycan ordusuna, əsgərinə və dövlətinə! Şəhid olan əsgərlərimizə Allah rəhmət eləsin, onlar vətən uğrunda şəhid olublar. Konkret olaraq sualınızın digər hissəsinə gəldikdə deyim ki, bu, həm hərbi, həm də psixoloji cəhətdən ermənilərə təsiredici zərbə olub. Danışıqlar prosesi boyunca erməni tərəfi özünü qalib tərəf kimi aparırdı və doğrusu, danışıqlar zamanı normal təklifləri keçirmək çətin olurdu. Lakin indi cəbhədə baş verən hadisələrin onlar üçün psixoloji təsiri mövcuddur. Hesab və ümid edirəm ki, erməni tərəfi indi reallığa daha yaxın olacaq. Həm Azərbaycan, həm də vasitəçilər dəfələrlə qeyd edirdilər ki, erməni tərəf təhlükəsizlik məsələlərini müzakirə edərkən hər zaman hərbi məsələlərə üstünlük verirdi. Yəni siyasi təhlükəsizliyi təmin etmək baxımından onlarla danışıqlar aparmaq çətin idi. Bəzən mümkünsüz görünürdü. Bu baxımdan ümid edirəm ki, erməni tərəfi indi daha real mövqeyə hazır olacaq.
Əgər biz gələcəkdən danışırıqsa, onlar istəyərlər ki, cəbhədə baş verən hadisələri daxili auditoriyaya və vasitəçilərə elə təqdim etsinlər ki, guya Azərbaycan aqressiv siyasət yürüdür. Buna görə də onlara silah və dəstək lazımdır. Erməni tərəfinin bu addımlarını istisna etmirəm. İndi danışıqlarda bəlkə də, onlar istəyərlər ki, daha çox təmas xəttində etimad məsələsinə üstünlük versinlər. Başqa sözlə, özləri üçün təmas xəttində təhlükəsizliyi və komfort şəraiti təmin etsinlər.
Həmsədrlər dəfələrlə məsələ qaldırıblar ki, təmas xəttində təhlükəsizlik təmin edilməlidir. Cənab prezident bu mövqeyi dəfələrlə tənqid edib və status-kvo məsələsini qaldırıb. Erməni tərəfinin danışıqlar prosesində istiqaməti bu axara yönəldəcəyini də istisna etmirəm.
- Cəbhədə baş verən hadisələrə ilk olaraq Rusiya müdaxilə etdi, tərəflərlə danışıqlar apararaq hərbi qarşıdurmanı dayandırmaq üçün addımlar atdı. Moskvanın bu təşəbbüsünü necə qiymətləndirirsiniz?
- Açığı, mən müxtəlif ekspertlərin o fikirləri ilə razı deyiləm ki, guya baş verən hadisələr planlaşdırılan hadisələrdir, guya səhnədə əvvəlcədən qurulub. Bəziləri deyirlər ki, bunun arxasında Rusiya durur. Rusiyanın özündə deyirlər ki, bunun arxasında Türkiyə dayanır. Mən hesab edirəm ki, bütün bunlar həqiqətdən uzaq şeylərdir. Çünki münaqişə özünə məxsus olan qanunların üzərində inkişaf edir. İllərlə üz-üzə duran tərəflər gec və ya tez bu silahdan istifadə edəcəkdi. Burada hansısa günahkarı axtarmaq yersiz olardı. Silahlı olan tərəflər günün birində silahdan istifadə edəcəkdi. Məncə, ümumiyyətlə vəziyyəti aradan qaldırmaq lazımdır.
- Hansı vəziyyəti nəzərdə tutursunuz?
- Hazırda münaqişə tərəfləri cəbhədə üz-üzə durub və bir-birinə silah vasitəsilə baxırlar. Bu vəziyyəti aradan qaldırmaq lazımdır. Konflikt artıq özünün qanunlarına uyğun inkişaf edir. Hesab edirəm ki, aprelin 2-5-də cəbhədə baş verən hadisələrin təşəbbüskarı yaranan vəziyyətin özüdür. Yəni işğal edilən ərazilər, Ermənistan ordusunun Azərbaycan torpaqlarında olması. Gerçək səbəb budur. Başqa sözlə, pərdənin arxasında kiminsə durması, kimlərinsə bunu planlaşdırması kimi fikirlərin əsası yoxdur. Mən belə yanaşma ilə razı deyiləm.
- ATƏT-in Minski Qrupunun üç həmsədr dövlətindən Fransa və ABŞ-ın bu məsələdə Rusiya ilə müqayisədə passiv mövqedə olmasını nə ilə izah etmək olar?
- Mən bildiyim qədər adı çəkilən ölkələr sıx əlaqədədir. Sadəcə olaraq ABŞ və Fransadan fərqli olaraq Rusiya regiona yaxındır və daha sıx əlaqədədir. Bir məqamı da qeyd edim ki, Rusiyanın Ermənistanla sıx münasibətləri var, bu iki ölkə müttəfiqdirlər. Bəlkə də, onlar hiss ediblər ki, cəbhədə baş verən hadisələr davam edərsə, Ermənistan daha böyük məğlubiyyətə yaxınlaşır. Ona görə də, daha fəal görünməyə, təşəbbüslər irəli sürməyə və atəşi dayandırmaq məqsədilə səylərə başlayıblar.
- Cəbhədə vəziyyət kəskinləşə və aktiv hərbi əməliyyatlar fazasına keçə bilərmi?
- Mən bunu heç də istisna etmirəm. Çünki şərait olduğu kimi qalır. Ordular üz-üzədir, əsgər silahlıdır, münaqişəyə dair köklü problemlər həll edilməyib. Odur ki, bu təhlükə var. Mən onun tərəfdarı deyiləm ki, tərəflər bir-birinə etimad yanaşması orta qoymaqla, təmas xəttində sakitlik yaratmaqla məsələ həll ediləcək. Birincisi, Prezident Əliyev öz mövqeyini açıqlayaraq bildirdi ki, biz buna getməyəcəyik.
İkincisi də, elə bir mexanizm yoxdur ki, Ermənistan tərəfi üçün tamamilə təhlükəsizliyi təmin etsinlər. Bu baxımdan təmas xəttində atışmalar yaşanacaq və təbii ki, kəşfiyyatçıların da reydləri ola bilər.
- "Lavrov planı” adlanan yeni plan haqda xəbərlər dolaşır. Uzun illər danışıqlar prosesində iştirak edən diplomat olaraq bu barədə nə deyə bilərsiniz?
- Əvvəla, mən uzun illərdir ki, danışıqlar prosesində iştirak etmirəm. Ancaq Prezident İlham Əliyev iki həftə əvvəl bəyan etmişdi ki, ortada yeni bir şey yoxdur. Mənim başa düşdüyüm qədər prezident onu nəzərdə tuturdu ki, hansısa təkliflər olub, lakin erməni tərəfi ya bunu qəbul etməyib, ya da onun bir hissəsini qəbul etməyib. Mümkündür ki, Ermənistan tərəfi təmas xəttində vəziyyətin dondurulmasında maraqlı tərəf kimi bu səpkili təkliflərə üstünlük verib və digər təkliflərə pozitiv yanaşmayıb. Bu baxımdan Prezidentin mövqeyi açıq göstərdi ki, biz buna getmirik.
İkincisi isə ortada yeni təkliflər yoxdur. İndi mən belə başa düşürəm ki, son hadisələrdən sonra Ermənistan tərəfi 2011-ci ildə səslənən təkliflərə daha böyük diqqətlə baxmağa hazırdır. Bizdə bunu izləyək və müşahidə edək. Əlbəttə, münaqişə sülh yolu ilə həll edilsə, bu, bütün tərəflər üçün uyğun olardı. Erməni tərəfi də, son müharibədə böyük itkilər verib və əhalisi təşvişə düşüb. Mən belə hesab edirəm ki, burada söhbət yeni təkliflərdən getmir, köhnə təkliflərinin yenidən nəzərdən keçirməkdən gedir.
- Ermənistanla aparılan danışıqlarda həm prezident səviyyəsində, həm də xarici işlər naziri statusunda iştirak etmişiniz. Necə düşünürsünüz, erməni siyasəti kompromisə getməyə hazırdırmı?
- Bilirsinizmi, erməni ictimaiyyəti və xalqı kompromisə yaxınlaşır. Lakin bu fikri erməni siyasətçiləri barədə deyə bilmərəm. Çünki onların öz maraqları var.
Yeri gəlmişkən, vaxt ilə onlar tərəfindən bir fikir səslənirdi. Mən Köçəryandan eşitmişəm. Sarkisyan ona deyirdi ki, danışıqlarda ən yaxşı partnyor sənsən. Səbəb də odur ki, Azərbaycan torpaqlarını biz işğal etmişik və kompromisə gedəndə heç kəs bizə satqın deyə bilməz. Onlar belə bir fikri həm vasitəçilərə, həm də partnyorlara "yeridirdilər”.
Əslində tarix onu göstərir ki, Sarksiyan və digərləri öz hakimiyyətlərini saxlamaq üçün kompromisin olmamasında, vəziyyətin dəyişməməsində maraqlıdır. Çünki belə şəraitdə onlar erməni xalqını talan etməyə davam edə bilərlər.
- Deyirsiniz ki, cəbhə xəttində baş verən hadisələr Azərbaycan tərəfinin danışıqlar prosesinə güclü əl olaraq qatılmasına səbəb olacaq. Bəs hadisələr zamanı beynəlxalq oyunçuların və mərkəzlərin hadisəyə reaksiyaları qanedici oldumu?
- Mən onun tərəfdarı deyiləm ki, biz beynəlxalq oyunçuların fəaliyyətinə böyük əhəmiyyət verək. Məsələlərin böyük bir hissəsi cəbhədə və konkret bölgədə həll edilir. Siz dediyiniz beynəlxalq oyunçular görəndə ki, Azərbaycanın güclü ordusu var, bu reallığı qəbul etməlidir. Eyni zamanda mənə, sizə və hamımıza təsiredici hal ondan ibarət oldu ki, Azərbaycan xalqı sanki yenidən birlik nümayiş etdirdi. Gənclərimiz hər yerdə mitinqlər keçirərək vəziyyətə reaksiya verdi, dəstəyini ifadə etdi. Eləcə də cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri torpaqları azad etməyə hazır olduqlarını ifadə etdilər. Mənə elə gəlir ki, beynəlxalq oyunçular üçün ən böyük siqnal bu məqamlardır. Hesab edirəm ki, bu, gec və ya tez öz nəticəsini verəcək.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz