Putin Rusiya Təhlükəsizlik Şurasını topladı - Qarabağ müzakirəsi

img

08-04-2016 [16:12]


Rusiya Təhlükəsizlik Şurasının iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli və bu istiqamətdə Rusiyanın atdığı addımlar müzakirə olunub.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Erməni-Azərbaycan münaqişəsinin həlli mövzusu bu günlər Rusiya tərəfinin göstərdiyi səylər kontekstində müzakirə olunub”, - deyə o, söyləyib.

Məsələ Rusiya və Qazaxıstan prezidentlərinin telefon danışığında da müzakirə olunub. V. Putin Rusiyanın addımları barədə Nursultan Nazarbayevi məlumatlandırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA