AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlanıb

img

25-03-2010 [01:22]


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının gündəliyi açıqlanıb. Aprelin 26-dan 30-na kimi davam edəcək sessiyanın ilk günü AŞPA sədrinin müavininin seçkisi keçiriləcək, Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, İsveçrənin Xarici İşlər Nazirliyi Federal Departamentinin rəhbəri Mişelin Kalmi-Reyin başçılıq etdiyi qrupun sessiyalararası fəaliyyəti barədə hesabatı dinləniləcək, demokratik cəmiyyətdə lobbiçilik məsələsi müzakirə olunacaq. Sonrakı günlərdə avropalı deputatlar ekstremizmə qarşı mübarizə, Avropada həllini tapmamış münaqişələrin tənzimlənməsində qadınların rolu, qlobal iqtisadi böhranın nəticələri, böhranın Avropada miqrasiyaya təsiri, Gürcüstanla Rusiya arasında münasibətlər, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının 2009-cu ilə dair illik hesabatı, keçmiş SSRİ dövründə baş vermiş böyük aclığın (Qolodomor) qurbanlarının xatirəsi, miqrantlar və məcburi köçkünlər, Çernoqoriyanın AŞ qarşısında götürdüyü öhdəliklərin icra vəziyyəti, iqlim dəyişikliyi, ?Avro-Aralıq dənizi: Avropa Şurasının strategiyası? və digər məsələlər ətrafında fikir mübadiləsi aparacaq. Gürcüstanın səfiri, İsveçrənin Polis və Ədliyyə Federal Departamentinin rəhbəri, Almaniya Federal Ədliyyə Naziri sessiya zamanı deputatlar qarşısında çıxış edəcək və deputatların suallarını cavablandıracaqlar. Yaz sessiyasının gündəliyinə Azərbaycanla bağlı hər hansı məsələ daxil edilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA