Milli Məclisdə bu qanunlar müzakirə olunacaq - SİYAHI

img

08-04-2016 [11:06]


Milli Məclisin aprelin 15-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.

İclasına gündəliyinə 8 məsələ daxil edilib.

İclasda Hesablama Palatasının hesabatı müzakirəyə çıxarılacaq. İclasın gündəliyinə Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi, "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında qanun layihəsi, "Sosial sığorta haqqında” qanun layihəsi, "Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Psixiatriya yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi daxil edilib.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA