AiDP sədri isa Qəmbərlə Sərdar Cəlaloğlunun birlik çağırızlarını təftiz edib

img

24-03-2010 [05:54]


?Müxalifətin birliyi ilə bağlı cəhdlərin alınmayacağını əvvəldən proqnozlaşdırmışdıq. Son bir neçə ay və son bir neçə gün ərzində baş verənlər bizim proqnozun doğruluğunu bir daha sübut etdi?. Bu fikirləri AİDP sədri hacı Tahir Abbaslı müxalifətin birləşmə cəhdləri ilə bağlı açıqlama verərkən deyib. T.Abbaslı deyib ki, bütün bu cəhdlərin arxasında parlamentə düşmək ehtirası dayanıb: ?Yenilik, xalqçılıq, millilik, qayğı və s. prinsiplər yenə də kənara qoyulub?. AİDP sədri bildirib ki, ADP sədri Sərdar Cəlaloğlunun ?birləşə bilmirik, müxalifət demokrat deyil? kimi açıqlamaları, həmçinin ??Ümid? ADP və Azadlıq blokundan ibarət ideal birlik? planı onu göstərir ki, müxalifət hələ də xalqla birlikdə deyil: ?Maraq sadəcə parlamentə düşməkdir. Parlamenti özləri üçün ?behişt? kimi görürlər. Xalqla birləşmək isə ?behişt? vəd eləmir?. Müsavat başqanı İsa Qəmbərin birlik ideyalarına münasibət bildirən AİDP sədri deyir ki, əslində İ.Qəmbərin planı birləşmək deyil, onsuz da bezən elektoratını müəyyən yollarla ətrafında saxlamaqdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA