06-04-2016 [14:40]
Müsəlman ölkələrindən Səudiyyə Ərəbistanı 2015-ci ildə hərbi xərcləriylə Rusiyanı geridə qoyaraq, ən çox əsgəri büdcəyə malik üçüncü dövlət olub.
Strateq.az xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun dünən açıqladığı hesabatdan belə deyilir.
Hesabata görə, ilk 2 yeri ABŞ və Çin tutub. 87.2 milyard dollarla üçüncü olan Səudiyyə Ərəbistanını isə 66.4 milyard dollarla Rusiya izləyir. Hər zaman olduğu kimi, hərbə ən çox pul xərcləyən ABŞ yenə 596 milyard dollar pulundan keçərək, rəqibləriylə aradakı fərqi müqayisəolunmaz dərəcədə artırıb. Onu izləyənÇin 215 milyar dollarla ABŞ-dan, təxminən, 3 dəfə geri qalıb.

Diqqət çəkən digər məqam Ukraynanın hərbə qoyduğu investisiyadır. Rusiyayla konfliktdə olan bu ölkə hərbi xərclərində getdikcə düşməninə yaxınlaşır. 55.5 milyard dollarlıq məsrəfiylə o, Rusiyadan 10 milyard dollar geri qalaraq, ən böyük hərbi büdcə sıralanmasında 4-cü yerə çıxıb.
Maraqlıdır ki, bir müddət əvvəl Ukrayna rəsmiləri artıq əvvəlki vəziyyətdə olmadıqlarını, yaxınlarda Rusiyanın ilhaq etdikləri əraziləri geri alacaqlarını və təcavüzkar siyasətini yürüdərsə, Moskvanın ciddi sürprizlərlə qarşılaşacağını bildirmişdilər. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun son hesabatı Ukraynanın nəyə arxayın olub bu cür yüksək səslə danışdığına qismən aydınlıq gətirir. Hərbi xərclərə nəzər salsaq, Kiyevin dilinə görə dilçəyinin olduğu anlaşılır.
Hesabatda qlobal miqyasında hərbi xərclərin dörd illik geriləmədən sonra yenidən yüksəldiyi qeyd olunur. Bildirildiyinə görə, 2015-ci ildə dünya dövlətləri hərbə 1 trilyon 471 milyard euro xərcləyib. Bu, bir əvvəlki illə müqayisədə 1%-lik artış deməkdir. Hərbi xərclərin müqayisəsinə baxanda, ABŞ-ın 36%-lə birinci, Çinin 13%-lə ikinci, Səudiyyə Ərəbistanının isə 5,2 %-lə üçüncü sırada yer aldığı görünür.
Ötən il hərbi investisiyasını artıranlar arasında Şərqi Avropa və Yaxın Şərq ölkələri ön plana çıxır. Şimali Amerika və Qərbi Avropada bu sahədə cüzi geriləmə meyli müşahidə olunsa da, hesabatda onların da Rusiyayla yaşadıqları gərginlik və terror təhdidi səbəbilə bu il "bədxərclik” edəcəkləri proqnozlaşdırılır.
Azərbaycan üçün də getdikcə təhdid obyektinə çevrilən Rusiya isə bir əvvəlki illə müqayisədə "bədxərclər” sırasındadır. Hesabata görə, Moskva 2015-ci ildə hərbi xərclərini 7.5% artırıb.
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb