AFFA ?Xəzər Lənkəran? - ?Qarabağ? oyunundakı hakim qərarını ləğv etdi

img

19-03-2010 [03:12]


AFFA İntizam Komitəsinin bu gün keçirilən növbəti iclasında Azərbaycan kubokunun 1/4 finalının cavab oyununun ?Xəzər-Lənkəran? - ?Qarabağ? matçında yaşanan olaylarla bağlı qərarlar çıxarılıb. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, matçın 87-ci dəqiqəsində meydançaya kənar əşya atıldığı üçün meydan sahibi - ?Xəzər-Lənkəran? klubu iki min manat cərimə olunub. Oyundan sonra ?Qarabağ? klubunun futbolçusu Elnur Allahverdiyev hakimləri təhqir etdiyinə görə futbolçu iki oyunluq cəzalanıb, klub iki min manat cərimə olunub. Matçın 87-ci dəqiqəsində ?Qarabağ? klubunun futbolçusu Rəşad Sadiqova qırmızı vərəqə göstərilib. Lakin matçın vidoeyazısı izlənildiyi zaman baş hakim Vüsal Əliyevin səhv qərar qəbul etdiyi aşkar edilib və bu səbəbdən də oyunçuya göstərilmiş qırmızı vərəqə sarı vərəqə ilə əvəzlənib. Hakimlər Komitəsinə baş hakimin idarəçiliyi haqqında lazımi ölçü götürmək tapşırılıb. Stadionda ?Qarabağ? klubunun azarkeşləri üçün ayrılmış tribunada oturacaqlar sındırıldığı üçün ?Qarabağ? klubu ?Xəzər-Lənkəran? klubunun təqdim edəcəyi hesaba uyğun olaraq dəymiş zərəri ödəyəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA